Saçları sürətlə uzadan ən tez effekt verən, sınanılmış XARDAL MASKASI

Saçları sürətlə uzadan ən tez effekt verən, sınanılmış XARDAL MASKASITərkibi:
- 2 xörək qaşığı quru xardal tozu (marketlərdə ədviyyat bölməsində satılır)
- 2 xörək qaşığı isti su
- 1 yumurta sarısı
- 2 xörək qaşığı zeytun yağı (şaftalı, ayı pəncəsi və ya hər hansı kosmetik yağ da ola bilər)
- 2 çay qaşığı qənd

Bütün məhsulları bir qaba töküb qarışdırın. Alınmış maskanı saçın diblərinə sürtün, uclarına sürtmək məsləhət deyil. Saçın uclarına hər hansı kosmetik yağ sürtə bilərsiniz. Sonra başınızı selofan torba və paketlə bağlayın, üstündən isə isti papaq, yaylıq və ya qalın dəsmal bağlayın.
Ən azı 15 dəqiqə, ən çoxu isə 1 saat gözləyə bilərsiniz. Bu artıq saçın maskanı özünə hopdurmasından asılır. Əgər daha yaxşı effekt görmək istəyirsinizsə maskanı saçlarda bir saat saxlamanız arzuolunandır. Əgər saç diblərində artıq yanma hiss edir və dözə bilmirsinizsə 15-20 dəqiqə bəs edər.
Diqqət! Əgər başınızın diblərini çox yandırsa belə maskanı ilk dəfə 15 saxlamaq vacibdir.15 dəqiqəyə başın dərisinə və saçlara heç bir zərər dəyməyəcək. Növbəti dəfə maskanı çəkəndə isə əvvəl yarım saat, sonra isə 1 saat saxlamağa alışmalısınız.
Maskanı həftədə 1 dəfə, yağlı saçlarda isə ən çoxu 2 dəfə çəkə bilərsiniz (maska saçdakı artıq yağlanmanı götürür)
Sonra maskanı isti su təmizləyin, saçı şampun ilə yuyun. Daha yaxşı effekt allmaq üçün saça balzam və saçın üzanması hazır aktivləşdirici-maskadan da istifadə edə bilərsiniz
Əgər həqiqətən də saçların tez uzanmasını istəyirsinizsə, maskanı ən azı 1 ay tətbiq edin. Xardal ilə maska saçın uzanmasını sürətləndirir, möhkəmləndirir, həcm və sıxlıq verir, yağlı saç problemini aradan qaldırır ki, bu saçların tez çirklənməsinin qarşısını alır. Quru və ya rənglənmiş saçların uclarına mütləq yağ və ya hazır maska sürtün.

Gözəllik və Moda     Baxılıb: 6861   Tarix: 09 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

Qədim dövrlərdən bu günə kimi gələn GÖZƏLLİK SİRLƏRİ

Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv bitkilər və digər təbii vasitələrlə dərilərinə qulluq ediblər. Belə ki, gül suyu ən çox üstünlü

.

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər. Ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır. Yaş artdıqc

.

Gözəlliyin təkrarı: Copy-Paste estetikası

Gözəllik insan tarixinin əvəzedilməz hissəsi olub və fərqli coğrafiyalarda və mədəniyyətlərdə fərqli təfsir və gözləntilərlə qarşılanıb. Hər millət öz estetik meyarlarına malikdir və bəzən bunlar o qədər fərqlidir ki, bi

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

10 il cavanlaşdıracaq 7 saç modeli

Bir qadın üçün saç düzümü güvən alətlərindən biridir. Bəzi insanlar yalnız kosmetika və əlaqəli prosedurların görünüşünü "cavanlaşdırmağa" kömək edə biləcəyinə inanırlar. Mütəxəssislər deyirlər ki, düzgün saç düzüm

.

Qadınlar və ideal gözəllik standartları

İdeal gözəllik standartları zamanla dəyişsə də, hər dövrdə qadınların gözəlliklərinə dair müəyyən gözləntilər mövcud olub. Bu gözləntilər, cəmiyyətin və mədəniyyətin tələbləri, media təsiri və sosial strukturların yaratdığ

turlar.az

toy makiyaji sekilleri qis geyimləri 2026 qadin dunyasi haxışta sözləri kisi ve qadin intim munasibetleri toxunma geyimlər bir yaşına qədər körpələrə qulluq kosmetika novruz bayrami narin faydasi əfsanələr cinsi elaqe veten haqqinda bayatilar