Saçlarınızı düzgün qurutmağın qaydası
Havaların soyuması qadınların bir çox işini çətinləşdirib. Bunlardan biri də saçları qurutmaqdır. Soyuq havada saçları qurutmağa daha çox önəm verənlər və hər gün saçını yuyanlar asan üsullar axtarır.
Milli.Az Axsam.az-a istinadən bildirir ki, saçları qurutmamaq sinuzit xəstəliyinə səbəb olur. Hələ bu cür probleminiz yoxdursa belə, yaşınız artanda bunu hiss edəcəksiniz.
Vanna otağında saç qurutmayın. Bu səhvdir. Vanna qəbul etdikdən sonra vanna otağında par və nəmli olur. Qurudulan saçlar nəm qalacaq. Çalışın saçınızı başqa otaqda qurudun.
Vanna otağından çıxandan sonra saçınızı həmin an qurutmağa çalışmayın. Saçınızı dəsmala bükün, bir az gözləyin, suyu tam çəksin. Sonra onu qurudun. Bu zaman saçınız həm yaxşı quruyacaq, həm də az vaxtınız olacaq.
Çalışın saçınızı qurudan zaman pambıq dəsmaldan istifadə edəsiniz. Saç kremindən istifadə etmək saçınızı qurutmağı asanlaşdırar.
Saçınızı qurudan zaman onun istiliyini tam yox, ortada qoyun. İstiliyi artıranda tez quruyacağını düşünməyin. Yüksək istilik saçınıza ziyandır. Onu orta temperaturda etmək lazımdır.
Milli.Az









Vətən haqqında bayatılar
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi