ŞAD XƏBƏR! Azərbaycanda bağlanan telekanal açıldı
Türkiyənin TRT 1 telekanalının Azərbaycanda yerüstü rəqəmli yayımı ilə bağlı Milli Televiziya və Radio Şurası (MTRŞ) və TİKA arasında razılıq əldə olunub.
Xanim.az-ın məlumatına görə, MTRŞ-nın Texniki nəzarət şöbəsinin müdiri, professor İsa Məmmədov bildirib ki, analoq yayımla bağlı müqavilə olduğu üçün yeni müqavilənin bağlanmasına ehtiyac qalmayıb.
Şöbə müdiri qeyd edib ki, mövcud müqavilə 2018-ci ilə qədər qüvvədədir: "TİKA və MTRŞ arasında razılıq əldə olunub, TRT 1 telekanalının yaxın zamanlarda yayımı bərpa olunacaq. Bakı şəhəri və Abşeron yarımadası ərazisində TRT 1 48-ci TV yayım kanalında, bölgələrdə isə ümumölkə TV proqramları ilə eyni paketdə yayımlanacaq. Rəqəmli TV yayımına keçilməsi bu telekanalın ölkəmizdə yayımlanması üçün heç bir texniki problem yaratmamışdı. Sadəcə rəqəmli yayım üzrə yayımın şərtləri analoq yayımının şərtlərindən fərqli olduğuna və TRT 1 rəhbərliyi bu şərtləri araşdırmadığına görə telekanalın Azərbaycanda yayımı dayandırılmışdı".
Qeyd edək ki, Azərbaycanlı rəqəmli TV yayımına keçildikdən sonra TRT 1-in yerüstü yayımı ötən ildən dayandırılıb. Noyabrın 1-dən etibarən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-i, 10-u və 20-si bölgələrdə analoq TV yayımı dayandırılıb. Azərbaycanda yalnız rəqəmli TV yayımı həyata keçirilir. TRT 1 Azərbaycan və Türkiyə hökumətlərarası (TRT 1, keçmiş Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Milli Televiziya və Radio Şurası arasında imzalanmış) müqaviləyə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanıb. (apa)
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Məşhur azərbaycanlı aktrisa ana olacaq
Avropa İttifaqı Timatiyə sanksiya tətbiq etdi - SƏBƏB
Kanye Vest Türkiyədə dünya rekordu qıracaq
Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir
Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi - FOTO
Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron