Şad xəbər: Koronavirusa qarşı ən unikal preparat tapıldı
Ucuz "Famotidin" preparatının qəbulu COVID-19 pasiyentlərinin müalicəsinə müsbət təsir edə bilər.
Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bununla bağlı bir qrup alimin "Gut" jurnalında dərc edilmiş tədqiqatında bildirilir.
Qeyd edilir ki, belə pasiyentlərin xəstəxanaya yerləşdirilməsi tələb olunmur.
Tədqiqatda 10 koronavirus pasiyenti iştirak edib. Onlar xəstəlik zamanı "Famotidin"i qəbul ediblər.
Qeyd edək ki, bu preparat ürək bulanmasına qarşı istifadə olunur. Mütəxəssislər xəstəliyin bir neçə əsas ağırlaşdırıcı əlamətini qiymətləndirirdilər: öskürək, təngnəfəslik, yorğunluq, baş ağrısı, dad və iybilmənin itməsi.
Vurğulanır ki, əksər hallarda pasiyentlər preparatın 80 milli qramlıq dozasını orta hesabla gündə üç dəfə, 11 gün ərzində qəbul ediblər (5-21 günlük diapazonla).
"Famotidin" yaxşı təsir edirdi", - tədqiqatda deyilir.
On pasiyentin hamısı bildirib ki, "Famotidin"in qəbulundan sonra özlərini yaxşı hiss etməyə başlayıblar. Xəstələrin səhhətində yaxşılaşma əlaməti ilk 24 saatda özünü büruzə verib.
Milli.Az /news.milli.az









Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Bu çərəz mədə yanmasını anında kəsir: Cəmi bir ovuc kifayətdir
Xərçənglə bağlı çağırış
Survivor' Serenay bu azərbaycanlı ilə sevgilidir
Dəridəki yara izlərini yox edən MÖCÜZƏVİ YAĞ: Faydasını çox az adam bilir
Şam yeməyini bu saatda yeyən xəstəxananın yolunu unudur
Bu testdən keçməyən yumurtanı əsla yeməyin