Şaftalının faydaları nələrdir, neçə kaloridir?

Şaftalının faydaları nələrdir, neçə kaloridir?Şaftalı vitamin, mineral və antioksidant tərkibi ilə ümumi sağlamlığı dəstəkləyən, həzm sistemini rahatlaşdıran və immuniteti gücləndirməyə kömək edən yay mövsümünə xas lifli bir meyvədir. Aşağı kalorili quruluşu və yüksək su nisbəti ilə çəkiyə nəzarət proseslərində balanslı bir ara pay kimi seçilə bilər. Tərkibindəki kalium və beta-karotin ilə ürək, damar, göz və dəri sağlamlığının qorunmasına mühüm töhfələr verə bilər.
Milli.Az xəbər verir ki, şaftalı mütəmadi və porsiyaya nəzarət edilərək istehlak edildikdə, hüceyrə səviyyəsindən orqan sistemlərinə qədər bir çox sahədə sağlamlığı dəstəkləyir:
Tərkibindəki C vitamini və antioksidantlar sayəsində bədənin infeksiyalara və mövsümi xəstəliklərə qarşı müqavimətini artırır.
Lifli quruluşu bağırsaqların hərəkətini sürətləndirir və qəbizlik riskini azaldır.
Kalium mineralı sayəsində qan təzyiqini tarazlaşdırır, xolesterinin səviyyəsini tənzimləməyə kömək edir.
Beta-karotin (A vitamini öncülü) göz torunun (retina) sağlam işləməsini, C vitamini isə dərinin elastikliyini (kollagen sintezi) qorumağa kömək edir.
Yüksək su tərkibi və kalium sayəsində böyrəkləri dəstəkləyərək bədəndəki artıq mayenin (ödəmin) və hüceyrə tullantılarının atılmasını sürətləndirir.
Şaftalı karbonhidrat, lif, vitamin və minerallar baxımından zəngindir, yağ və natrium (duz) nisbəti isə demək olar ki, yoxdur.
Bir orta boy (təxminən 150 qram) şaftalı ortalama 60-68 kalori ehtiva edir. Çəkisinin 85%-dən çoxu sudan ibarət olduğu üçün kalori dəyəri çox aşağı, lakin toxluq hissi yüksəkdir.
Şaftalinin tərkibindəki lif və vitaminlərdən maksimum faydalanmaq üçün onu yaxşıca yuyub, təmiz, çiy və qabığı ilə birlikdə bütöv halda yemək tövsiyə olunur. Əgər şirəsini çəksəniz, ən faydalı hissəsi olan lifi itirmiş olarsınız.
Şaftalinin həddindən artıq istehlakının zərərləri varmı?
Hər qidada olduğu kimi, şaftalinin də normadan artıq yeyilməsi bəzi problemlər yarada bilər:
Həddindən artıq lif və fruktoza qəbulu qarın şişkinliyi, qaz və ya ishal yarada bilər.
Böyrək çatışmazlığı olan xəstələr potasiumla zəngin olduğu üçün şaftalını həkim nəzarəti ilə yeməlidirlər.
Meyvəni yedikdən sonra dodaqlarda və ya boğazda qaşınma hiss edilərsə, bu allergik reaksiya əlaməti ola bilər.
Qabığı soyulmuş yumşaq şaftalı ishal zamanı bədənin itirdiyi maye və kaliumu bərpa etməyə kömək edir.
Qəbizlik yaradırmı? Xeyr, əksinə, lifli quruluşu sayəsində qəbizliyə yaxşı təsir edir və bağırsaq hərəkətliliyini artırır.
Kökəldirmi? Xeyr, porsiya ölçüsünə diqqət edildikdə kökəltmir, əksinə aşağı kalorisi ilə arıqlamağa kömək edir.
Hamiləlikdə zərərlidirmi? Xeyr, tam əksinə, hamiləlikdə çox faydalıdır. Tərkibindəki fol turşusu körpənin inkişafına, C vitamini isə anada qan azlığının qarşısını almağa kömək edir.
Şəkəri yüksəldirmi? Şaftalinin qlikemik indeksi aşağı-orta səviyyədədir. Şəkər xəstələri onu tək yemək əvəzinə, yanına qoz, badam və ya bir az qatıq əlavə edərək daha balanslı istehlak edə bilərlər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Xəbərlər     Baxılıb: 1162   Tarix: 06 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

turlar.az

qadin sayti makiyaj etmek qaydalari toy makiyajlari əli əmirli monika belluççi tort reseptleri saclarin horulmesi kosmetika nizami gəncəvi qurd ve quzu arxadan olmaq lakonizim oyunlar