Sağlam bildiyimiz qidalar qanı qatılaşdırır - Nə yeyək?
Faydalı bildiyiniz qidalar, meyvələr belə qanı qatılaşdıra bilər. Xüsusən yayda orqanizmdə susuzlaşma fonunda qan daha da qatılaşır.
Milli.Az xəbər verir ki, ürək-damar cərrahı Pavel Vladimirov kartof, banan, şirniyyat və hətta bəzi sağlam qidaların potensial qan qatılaşdırıcı olmasını bildirib.
Həkim xatırladıb ki, qanın qatılaşması damarların tıxanması riskini artırır, ən vacib orqanlara - ürək və beyinə qan tədarükünün pozulmasına gətirib çıxarır. Bu cür pozuntuların nəticələri insult və infarkt ola bilər. Xüsusən yaşlılar üçün zərərli məhsulların adları çəkilib.
"Qanın maye komponenti var - plazma və formalaşmış elementlər. Onların arasındakı tarazlıq qanın nə qədər duru və ya qatı olduğunu müəyyən edir. Qan qatılaşması plazma miqdarının azalması ilə əlaqədardır", - həkim qeyd edib.
Qatılaşmanı artıran qidalar:
Kartof, banan, şəkər, bütün şirniyyatlar, alkoqol, qazlı içkilər, bəzi göyərtilər: cəfəri, şüyüd, qoz.
Ateroskleroz, diabet, varikoz damarları kimi xroniki pozğunluqları olanlar bu məhsulları məhdudlaşdırmalı və ya tamamilə istisna etməlidir. /Medicina.az
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür