Sağlam qidalanmanın QIZIL QAYDALARI

Sağlam qidalanmanın QIZIL QAYDALARIİndiki qadınlar yaşını deyil, çəkilərini gizlədirlər. Elə məhz çəkidir ki, yaş üzərinə yaş gətirir. "Arıq olmaq istəyirəm"in arxasında isə gerçəklikdə "gözəl görünmək, sağlam olmaq istəyirəm" durur. Sağlam qidalanaraq dünyaya baxışınızı, həyata münasibətinizi dəyişin.

Xanim.az xəbər verir ki, dietoloq Tutu Zeynalova lent.az-a açıqlamasında bildirib ki, zərərli qidalar həyatımıza daxil olaraq orqanizmimizi zəhərləyir. Sağlam seçim etməyi bacarmalıyıq. Gün ərzində sağlam və təbii qidalardan balanslaşdırılmış şəkildə karbohidrat, protein, zülal, yağ, vitamin və minerallar almalıyıq. Sağlam qidalanmanın vacib qaydaları mövcuddur. Bu qaydalara mütəmadi əməl edərək həm sağlam, həm də gözəl olarıq.

Beləliklə, Tutu Zeynalova sağlam qidalanmanın qızıl qaydalarını sadalayır:

- Günə tez başlayın ki, maddələr mübadiləsi tez işə düşsün. 09:00-a kimi səhər, 20:00-dək axşam yeməyini bitirin. Gec yeməyin.

- Liflərlə zəngin qidalardan istifadə edin. Bağırsağın fəaliyyətini yaxşılaşdırır, uzun müddət bağırsaqda qaldığı üçün qanda şəkəri tənzimləyir. Şəkər oynaması yaşanmadığı halda insulin artmaz, aşırı yemək istəyi olmaz, yağ depolanmaz.

- Qəbul etdiyiniz qidalar orqanizmin gündəlik ehtiyacı olduğu vitamin və mineralları ödəməlidir. Yağı rasiondan tamamilə çıxarmayın. Çünki vitaminlərin bəziləri yağda, digərləri isə suda əriyəndir. Duru yağlara üstünlük verin.

- Hər gün 2 litr su içməyi sevimli vərdişinizə çevirin. Gündəlik su tələbatı ödənilməlidir ki, orqanizm öz funksiyasını düzgün yerinə yetirə bilsin. Dehidratasiya zamanı qan dövranı pozulur, sellülit, qəbizlik, əsəb gərginliyi, yaddaşsızlıq, yuxusuzluq, və kosmetoloji problemlər baş verir.

- Duzdan bacardığınız qədər az istifadə edin. Duzu sumaq, limon suyu, ədviyyat və ya alma sirkəsi ilə əvəz edə bilərsiniz.

- Yeməklərin bişirilmə qaydasına diqqət edin. Xörəkləri buxarda, közdə və ya suda bişirin. Yağda qızardılmış yeməklərlə qidalanmayın. Bir çox qidaları çox bişirməyin ki, qlisemik indeksi artmasın.

- Tez-tez, az porsiyalarla qidalanın. Qida qəbulunun arası 2-3 saat olmalıdır. Qabınızı ət, tərəvəz və paxlalı bitkilər olmaqla, 3 hissəyə ayırın.

- Yeməyi çox çeynəyin. Yemək yeyərkən başqa yerə yayınmayın. Fikriniz yeməkdə olsa, tez doyarsınız.

- Yeməkdən dərhal sonra çay içməyin. Orqanizmdə dəmir mənimsənilməsi pozula bilər. Çay yeməkdən 45 dəqiqə sonra içilməlidir.

- Dəmir tərkibli qidaları limon və ya digər vitamin C tərkibli meyvə-tərəvəzlərlə istifadə edin. Dəmir əskikliyi zamanı maddələr mübadiləsi zəifləyir.

- D vitamini ilə zəngin qidalardan istifadə edin. Piylənmə və artıq çəkinin 95%-i D vitamini çatışmazlığı ilə bağlıdır.

- Bir çox qidaların rənglərinə görə faydalılığını təyin edib istifadə edə bilərsiniz. Belə ki, ağ rənglilər tox tutan, qırmızılar ürək-damar sistemini qoruyan, narıncılar dəriyə faydalı olan, yaşıllar immuniteti yüksəldən, bənövşəyi, tünd göy və qaralar isə antioksidant dəyəri yüksək olan qidalardır.

- Sağlam qidalanmayla bərabər yuxu da çox vacibdir. Yuxusuzluq orqanizm üçün ən böyük stressdir. 6 saatdan az, 8 saatdan çox yatan insanlarda maddələr mübadiləsi pozulur və bu zaman artıq çəki problemi yaşanır.

- Hər gün fiziki aktivliyiniz olsun. 30 dəqiqə təmiz havada gəzin.

Sağlam qidalanma insanın öz orqanizminə olan münasibətidir. İnsanla təbiət arasında əlaqə pozulmayanda insan sağlam və xoşbəxt olur. Yeməklərdən deyil, daha çox həyatdan zövq alın!

Xəbərlər     Baxılıb: 2122   Tarix: 09 mart 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

həkim məsləhəti geyim şəkilləri yaz geyimleri 2026 yataqda balıqlar bürcü 2026 gəlinliklər findiq qabiginin faydalari kosmetika ikizler xanim az qogal vətən həsrətinə aid bayatılar xanim.az