Şahin Zəkizadənin rəhmətə getdiyi klinikadan VİDEO+FOTOLAR
Xəbər verdiyimiz kimi, xərçəng xəstəliyindən əziyyət çəkən rejissor Şahin Zəkizadə bu gün müalicə aldığı Tibb Universitetinin Tədris Terapevtik Klinikasında dünyasını dəyişib.
Əməkdar artist Mehriban Xanlarova, aktyor Yasin Həzirə, prodüser Təranə Səmədova, Toma və BiG.AZ-ın jurnalisti Əfruzə Ağayeva rejissorun vəfat etdiyi xəstəxanaya baş çəkib.
Şahin Zəkizadənin xalası oğlu Aqil Adiloğlunun verdiyi məlumata görə, Ş.Zəkizadənin dəfn mərasimi sabah təşkil olunacaq.
"Dəfn mərasimi sabah saat 12:00-da həyata keçiriləcək. Şahin günorta namazından sonra Maştağa Seyidlər məzarlığında torpağa tapşırılacaq".
A.Adiloğlu mərhum rejissorun xəstəliklə mübarizə apardığı o çətin günlərdən də danışıb:
" Şahin 6 gündür komada idi. Bu 6 gündə reanimasiyada saxlanıldı. Bu müddət ərzində bir dəfə də olsun yanına daxil olmamışam. Şahini o vəziyyətdə görməyə ürəyim tab gətirmirdi".
Mərhum rejissorun xalası oğlu mətbuatda Şahin Zəkizadənin ölüm xəbəri ilə bağlı yayılan dezinformasiyalara, rejissorun ölüm xəbərinin gizlədilməsində klinikanın günahlandırılmasına da münasibət bildirib:
"Tibb Universitetinin Tədris Terapevtik Klinikası Şahinin ölüm xəbərini gizlətməkdə ittiham edilir. Bunlar hamısı şayələrdir. Xəstəxananın bütün əməkdaşları, baş həkimdən tutmuş tibb bacısına kimi bütün heyət Şahinin səhhəti ilə həmişə maraqlanıb, ölüm xəbərini heç vaxt gizlətməyib. Yalan məlumatdır"














Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
5 ədəd badam yeyib idman et, gör NƏ OLUR
"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız
Kainat gözəli' qayınanası tərəfindən öldürüldü
Hansı faktorlar xərçəng riskini daha çox artırır?
Bu dərmanlar qarın ağrısı yarada bilərlər
Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ