Şahzadənin xanımının 25 avroluq boyunbağısı
Britaniya şahzadəsi Uilyamın həyat yoldaşı Keyt Middlton yenə də hər kəsi təəccübləndirməyi bacarıb.
Əhəmiyyətli tədbirlərin birinə "Zara" brendinin 25 avroluq boyunbağısını taxaraq gəlib.
Qırmızı xalıda olduqca səmimi şəkildə irəliləyən Keyt hər hərəkəti ilə daha sadə olmağa və özünü xalqa yaxın hiss etməyə çalışır. Təvazökarlığı ilə seçilən Keyt öz sadə və ucuz aksessuarını "Roland Mype" brendinin libası ilə tamamlayıb.