Şam yeməyini bu saatda yeyən xəstəxananın yolunu unudur

Şam yeməyini bu saatda yeyən xəstəxananın yolunu unudurAxşam yeməyində nə yediyiniz qədər, onu hansı saat aralığında istehlak etdiyiniz də böyük önəm daşıyır. Şam yeməyinin vaxtı qidaların bədənimizə göstərdiyi sağlamlıq təsirlərini müəyyən edir. Mütəxəssislər ideal saat aralıqlarını açıqlayıblar.
Milli.Az xəbər verir ki, mütəxəssislər tərəfindən aparılan müstəqil klinik araşdırmalar axşam yeməyinin erkən saatlarda yeyilməsinin sağlamlıq üzərində müsbət təsirlərini ortaya qoyub. Ortaq rəyə görə, şam yeməyi yatmazdan ən az 3 saat əvvəl yeyilməlidir. İdeal yuxu saatı olan 23:00-ı əsas götürsək, 18:00 ilə 19:30 arası yemək fasiləsini bağlamaq ən sağlam üsul hesab olunur.
Erkən saatlarda qidalanmağın insan orqanizmi üçün bir çox üstünlükləri var:
Metabolizmanı sürətləndirir: İnsan bədəninin insulin həssaslığı gün ərzində ən yüksək səviyyədə olur və axşama doğru düşməyə başlayır. Gec saatda yeyilən ağır yeməklər qan şəkərinin yüksəlməsinə və çəki artımına səbəb olur. Erkən yemək bu disbalansın qarşısını alır.
Yuxu keyfiyyətini artırır: Gec yemək yeyildikdə bədənin "istirahət rejiminə" keçməsi çətinləşir. Erkən yedikdə isə həzm prosesi tamamlanır və orqanizm rahat yuxuya hazır olur.
Həzmə kömək edir: Yeməkdən dərhal sonra uzanmaq qidaların yemək borusuna qaçmasına və reflüksə (mədə qıcqırması) səbəb ola bilər. Yatmazdan 3 saat əvvəl yemək həzm sistemini qoruyur.
Ürək sağlamlığını qoruyur: Gec saatda qidalanmaq gecə boyu qan təzyiqinin yüksək qalmasına gətirib çıxara bilər. Erkən yemək təzyiqin normal səviyyədə qalmasına kömək edir.
Xəstəliklərdən qorunmaq üçün "12 saat qaydası"
Sağlamlıq tövsiyələri arasında ön plana çıxan ən mühüm nöqtələrdən biri 12 saat qaydasıdır. Bu qaydaya görə:
Axşam yeməyi növbəti günün səhər yeməyindən ən az 12 saat əvvəl yeyilməlidir. Bu müddət ərzində yaranan aclıq hüceyrələrin yenilənməsini və piylərin yanmasını dəstəkləyir.
Əgər şam yeməyini gec yemək məcburiyyətindəsinizsə, mütəxəssislər həzmi asan olan yüngül qidalara üstünlük verməyi tövsiyə edirlər. Bu sadə, lakin təsirli vərdişlər sayəsində bədəninizin təbii ritmini qoruya və xəstəliklərdən müdafiə oluna bilərsiniz.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1010   Tarix: 05 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

maskalar makiyaj etmek qaydalari qadin dunyasi gavalinin faydasi dermanlar eroziya xesteliyi ciyer qovurmasi kosmetika qiz evi ucun faydalı bilgilər kahfe falı yemek reseptleri hüzeyir hacibəyov