Samirə Əfəndi: Kasıb oğlana ərə getmərəm, kişinin evi, maşını olmalıdır - VİDEO

Samirə Əfəndi: Kasıb oğlana ərə getmərəm, kişinin evi, maşını olmalıdır - VİDEOMüğənni Samirə Əfəndinin Oxu.Az-a müsahibəsi:

- Samirə, müsahibəyə tək gəlməmisən. Bu balaca haradandır belə?

- Bu iti özüm almamışam. Həyatın və taleyin mənə hədiyyəsidir. Olduğumuz bu məkana işdən sonra yorğun gələndə, düşünmək üçün Sucukun mənə çox köməyi dəyir. Ruhən, emosional cəhətdən məni çox sakitləşdirir. Rahatlıq tapıram. Ucuz it deyil. Qiyməti, təxminən, üç min manatdır.

- "Avroviziya-2019" seçim turlarında iştirak etdin, amma seçilmədin? Samirə Əfəndi Çingiz Mustafayevdən zəifdir ki?

- Hər il Azərbaycanı xanım iştirakçılar təmsil etdiyindən, düşünürəm ki, bu dəfə kişi iştirakçını seçməyə üstünlük verdilər.

Seçim turları çox uzun çəkdi. Dörd ay gözlədik. Bizim isə hər birimizin işi-gücü, planları var. Seçim turlarının uzun çəkməsi işlərimizdə çətinliklər yaratdı. Bizi çox gözlətdilər. Əslində isə belə olmalı deyildi.

Çingiz yaxşı musiqiçidir, münasibətimiz çox yaxşıdır. Özü də bilir ki, necə bir məsuliyyətin altına girib. Ümüd edirəm ki, finala vəsiqə qazanar.

- Uzun müddətdir gündəmdə yoxsan. Səbəbi nədir?

- Bir çox müğənnilər soyunmaqla, qalmaqalla gündəmdə qalırlar. Bu kimi şeylər bir müddətlikdir. İnsanlar özü də belə şeylərdən bezib. Nə qədər çılpaq qadın, kişi görmək, lazımsız söhbətlər eşitmək olar? Bu, sadəcə ətrafında şou və səs-küy yaratmaqdan başqa bir şey deyil.

Şəxsən mən iş görürəm. İstəmirəm bizim bəzi müğənnilər kimi bu kimi məsələlərlə 10 gün gündəmdə qalım, desinlər ki, nə bomba, nə super...

Gündəmdə qalmaq üçün gedərəm Beyonsa yol taparam. Onunla fotosessiya edərəm. Ürəyimdən keçən sualları verərəm. Bir mahnı ifa edərəm.

Amma istəmərəm avtomobil, villa aldım kimi şeylərlə gündəmə gəlim. O mənim şəxsi işim, çərçivəmdir. Ora heç kimi buraxmıram. Gərəksiz və lazımsız şeylərdir. Dalaşqan xasiyyətim də yoxdur ki, gedim, kiminləsə dava edim. Əgər bir insanı sevmirəmsə, heç o tərəfə baxmıram da. Ekran qarşısında kiməsə söz atım və ya dalaşım - bu, mənlik deyil. Artıq söz deyib, ürək bulandırmağın heç bir mənası yoxdur.

- Məşhur müğənni Sia ilə layihə etdin, amma duet "tutmadı". Digər sözlə, külli miqdarda pul xərclədin, amma alınmadı. Səncə, niyə bu duet bizim tamaşaçılarımıza maraqlı gəlmədi?

- Düzdür, bu layihəyə 30 min avro pul xərclədim. Deyə bilərəm ki, bu layihədən qazanan təkcə elə Sia özü oldu. Azərbaycanda heç Sianın üzünü belə tanıyan yox idi. Sadəcə, onun ifa etdiyi "Papito" mahnısını tanıyırdılar. Bu layihədən sonra "İnstaqram" səhifəsində Sianın izləyici kütləsi artdı.

Məni isə həm Qazaxstan, həm də Özbəkistan kimi ölkələrdə daha çox tanıtdı. Ora gedəndə artıq məşhur ulduz kimi qarşılandım. Mənim üçün bu çox sevindirici bir hiss idi. Duet orada məhz ona görə sevildi ki, Asiya ölkələri Sianı çox dinləyib, onu izləyirlər.

Təəsüflər olsun ki, Bakıda belə olmadı. Mediada bizim layihəmiz yaxşı işıqlandırılmadı. Bu isə məni çox üzdü.

Düşünürdüm ki, bizim tamaşaçıya maraqlı olar. Söyləyərlər ki, nə yaxşı gündəmdə olan bir ifaçı ilə azərbaycanlı müğənni layihə hazırlayıb. Lakin bunu sıradan bir iş kimi gördülər.Düşünürəm ki, bu layihə yatmayacaq. Yəqin ki, bir müddətdən sonra səsi-sorağı yenə çıxar. Mən heç kəsdən incimirəm, küsmürəm.

Lazımsız müğənniləri efirlərə çağırırlar. Efirlərdə gərəksiz verlişlər yayımlanır. Lazımi işləri televiziyalarımız təqdim etsələr, bizim işləri lazımi insanların önünə çıxartsalar, daha maraqlı və səviyyəli olar. İndi hansısa bir "label"ə pul xərcləmək niyyətim yoxdur. Yerli peşəkarlarla iş görməyi daha üstün tuturam.

- Samirə şou-biznesdən pul qazana bilir?

- Müğənninin əsas gəliri toylardır. Əfsuslar olsun ki, mən bir çox toylardan imtina edirəm. Səbəb isə toy yiyəsinin belə xəbəri olmadan, toy təşkilatçılığı ilə məşğul olan insanların öz musiqi zövqündəki müğənniləri məclislərə dəvət etməsidir.

Beləcə mən və mənim kimi ifaçılar kölgədə qalır. Halbuki mən 6/8 ritmdə olan toy mahnıları da oxuyuram. Yəni geniş toy repertuarım da var.Daha çox tanıdığım insanların şənliklərində çıxış edirəm. Amma arada olur ki, tanımadığımız insanların məclislərinə də gedirəm. Təbii ki, öncədən toy yiyəsi ilə görüşürəm. Onun musiqi seçimlərini əvvəlcədən öyrənirəm.

O ki qaldı müğənnilikdən pul qazanmağa, təssüf ki, o qədər də yüksək məbləğ qazanmıram. Mənim gəlir mənbəyim çəkildiyim reklam çarxlarıdır. Uzun müddət bir sıra şirkətlərin siması oldum.

Çəkildiyim ən son ev və məişət avadanlıqları reklamımdan qazandığım məbləğ isə 5000 dollar olub. Özbəkistanın məşhur şirkətidir və açıq etiraf edirəm ki, Özbəkistan xalqı məni çox sevir.

- Sponsorun var ?

- İş üçün yatırım qoymaq istəyən insanlar var. Onlarla iş görmək istəyirəm. Sadəcə, bu şeylər sponsor anlayışının necə qavranılmasından asılıdır. Bizdə sponsorlara sevgili kimi baxırlar. Ola bilər ki, o sponsor dediyiniz insanın sənətçi ilə arasında sevgi münasibəti olsun.

Məsələn, imkanı yaxşı olan olan biri hansısa müğənnini sevər, deyər ki, heç oxuma, mən sənə hər bir köməkliyi edərəm. Təbii ki, belə şeylər olur. Bu kimi təkliflər mənə də gəlir. Üzdə olan bütün xanımlara belə təkliflər gəlir. İnandırım sizi, belə məsələlərdən sui-istifadə edənlər də var, Xeyir iş üçün istifadə edənlər də.

- Müğənnilərin varlı fanatları olur. Onlar kumirlərinə bahalı hədiyyələr göndərirlər. Sən də belə hədiyyələr alırsan?

- İmkanlı dostlarım çoxdur. Məni diqqətsiz buraxmırlar. Amma onların niyyətini də bilirəm. Onlar bilirlər ki, Samirə özünə hörmət edir və hörmət qoyan insanları sevir. Özüm də çalışıram hamıya hörmət edim.

- Ən dəyərli hədiyyən hansı olub?

- Keçən il elə bu ərəfələrdə mənə zəng gəldi. "Formula-1" Qran-Prisində çıxış etməyim təklif edildi. Azərbaycanın himnini canlı səsləndirəcəkdim. Bu mənim üçün çox məsuliyyətli və qururverici idi. İnanılmaz idi. Həyatımın silinməz bir anı idi. O mənim tariximə, yaradıcılığıma böyük hərflərlə yazılacaq bir gün idi.

İnternetdə bu çıxışıma dünyanın istənilən yerindən insanlar şərh yazdılar.

- Xalq artisti Aygün Kazımovanın repertuarında yer alan "Bu sevgi" mahnısını yeni tərzdə və aranjimanda ifa etmisən. Səncə, bu mahnını pop-divadan daha yaxşı oxuya bilmisən ?

- Bu mahnının ilk ifaçısı Firəngiz Rəhimbəyovadır. "Bəxt üzüyü"nün "soundtrack"ıdır. Mən Aygün Kazımovanın mahnılarını ifa edəndə, mənə söyləyirlər ki, səsin onun səsinə çox bənzəyir. Deyirlər ki, səndə Brilliant Dadaşovanın səsinin çalarları var. Balacalıqda o qədər onlara qulaq asmışam ki, düşünürəm ondan irəli gəlir. Aygün Kazımovanın mahnılarını günün bu günü də dinləyirəm. Aygün, Brilliant, Zülfiyyə, Tünzalə, Röya - bu müğənnilərin oxuduqları bu janra üstünlük verirəm. İndi sənətə avtomobilə görə gələn ifaçıların oxuduqları janr isə məndən uzaqdır.

Aygün Kazımovanı mən həyatımda yalnız bircə dəfə görmüşəm. Amma əlimə yenə bu şans düşsə, onunla danışaram, özümü ona təqdim edərəm. İfa etdiyim mahnını da dinlədərəm.

- Əməkdar artist Tünzalə Ağayevanın adı gələn kimi, dərhal sən yada düşürsən. Amma son vaxtlar sizi birlikdə az görürük. Münasibətləriniz necədir?

- Tünzalə xanımla hər zaman ünsiyyətdəyəm. Onunla yazışıram, danışıram, görüşürəm. Birlikdə səhər yeməyinə gedirik. Münasibətimiz çox gözəldir. O insanlar mənə çox yaxşılıq edib. Onlar mənim böyüklərimdir. Mən efirə gec-gec çıxanda Tünzalə xanım əlimdən tutub önə çəkdi. Baxmayaraq ki, məni bir çox insan tanıyırdı, fəaliyyətimdən xəbərləri var idi, amma Tünzalə Ağayeva mənə diqqət ayırdı. Bunu danmaq olmaz. Ona olan münasibətim tam fərqlidir. O mənim doğmamdır. - Sosial şəbəkələrdə bir çox gənc qızların xoş olmayan qalmaqallı video görüntüləri yayıldı. Baş verən bu olayları necə qiymətləndirirsən?

- Bizim qızların bir çoxu özünə dəyər vermir. Bu kimi hallar məni çox üzür. Mənə elə gəlir ki, qızlar nə qədər qapalı olsalar, özlərini nə qədər yuxarıdan aparsalar, oğlanların diqqətini daha çox çəkə bilərlər. Açılıb-töküldünsə, artıq sən maraqsızsan.

Bu həm geyimə, həm danışıq qabilliyətinə, həm davranışa aiddir. Məsələn, Əməkdar artist Xumar Qədimova. Şəxsən mənim onun nazı üçün ürəyim gedir (gülür). Nazlı gəlir, nazlı danışır.

Cəmiyyətimizdə örnək götürüləcək o qədər insanlar var ki. Amma nədənsə bizim gənclər pisi daha tez götürürlər. Məndə bu kimi hallar var. Anam da məni belə etdiyimə görə tez-tez tənqid edib, danlayır. Qızlar anlamalıdırlar ki, nə edirlərsə, onların arxivinə yazılır. Elə etməliyik ki, sabah biz xanımlara kişilər tərəfindən etibar və güvən daha çox olsun.

O dediyiniz sponsor da gəlib gənc, gözəl qıza sposorluq edəndə qorxmasın ki, evində problem olar. Kimsə yatırım etmək istəyəndə də işə görə etsin. Evdə isə ona desinlər ki, köməklik göstər, o qız gəlib bizim tədbir və məclislərdə ifa etsin. Amma nədənsə, xanımlar bu kimi söhbətlərdə özlərini əlçatan ediblər. Ona görə də iş baxımından hər şey silkələnib.

- Samirə özünü seksual hesab edir?

- Hər xanımın öz şarmı, gözəlliyi və cəlbedici qüvvəsi var. Özümə az insan cəlb etmirəm. Hətta bu, arada məni gündəlik həyatımda narahat da edir. Mən gəzməyi çox sevirəm. Oğlanlar isə yaxınlaşıb narahat edirlər. Tanıyanlar hörmət edir, tanımayanlar isə artıq-əksik sözlər deyillər.

Bunu görəndə hamıdan qaçmaq istəyirəm. Mənə söz atanlara cavab vermirəm. Susub keçirəm. Hətta bəzən o dərəcəyə çatır ki, arxamca düşür, yaxınlaşır, eyni yolu mənimlə gedir. Buradan həmin insanlara üzümü tutub deyirəm ki, gedin öz işinizlə məşğul olun.

- Samirə, sevgilin var ?

- Sevgilim yoxdur. Danışdığım bir şəxs var. İndi sevgili olmaq, ciddi münasibət qurmaq niyyətim yoxdur. - Gələcək həyat yoldaşın necə biri olmalıdır ?

- Mənim yanımda baxımlı, yaraşıqlı bir bəy olmalıdır. Məni və özünü sevməlidir. Özünü məndən çox sevməli deyil (gülür). İndiki zaman üçün yaxşı imkanı olmalıdır. Avtomobil, ev, təbii ki, öz yerində. Məndə varsa, onda daha artığı olmalıdır. Mütləq mənim kimi idmanla məşğul olmalıdır. Ətrafı xarab olmamalıdır. Hörmətli biri olmalıdır.

- Yəni, kasıb oğlanla ailə həyatı qurmazsan?

- Niyə mən kasıb oğlana ərə getməliyəm? Niyə? Getmərəm.

Amma kasıbdan kasıba da fərq var. Elə kasıb var ki, qabında nəsə var, gələcəkdə daşdan belə pul çıxaracaq. Bir də var tənbəl kasıb. Mənim nəyimə lazımdır eləsi?!

Otuzduracağam onu evdə, özüm də işləməyə gedəcəyəm. Bu adət qaraçılar da mövcuddur. Kişi evdə oturur, qadın isə küçələrə düşür, pul dilənir. Amma istisna hallar ola bilər. Kasıb olub, iş bacarsa və mənim həqiqətən də ürəyimi oğurlasa, yəqin ki, düşünərəm. Mənə çatmır o iş görməyən kişilər. Kişi hər bir işə getməlidir. Kişi fəhlə də olar, "moyka"da da işləyər, ofisiant da olar, sürücü də işləyər.

Kişi pul qazanıb, ailəsini dolandıra biləcək biri olmalıdır. Yəni burada kəsərli bir söz var: "kişi".

Evdə oturub bütün günü xanımına "sevirəm", "ölürəm sənin üçün" deyəni anlamıram, anlamaq da istəmirəm. Bu cür boş-boş sözlərlə sevgi qarın doyurmur.

/oxu.az

Şou Biznes     Baxılıb: 2744   Tarix: 20 aprel 2019
f Paylaş

Oxşar xəbərlər

.

Hz İsaya əbədi sevgim olsa da...' - Murad Arif

Müğənni Murad Arif ailəsi ilə birlikdə İtaliyaya tətilə yollanıb.  . xəbər verir ki, sosial şəbəkə hesabında tətil görüntülərini paylaşan müğənninin yazdığı sözlər birmənalı qarşılanmayıb. Sənətçi Həzrəti Isaya olan sevgisin

.

Türk seriallarında qadına qarşı zorakılıq səhnələri araşdırılacaq

Türk seriallarında qadına qarşı zorakılıq səhnələri araşdırma obyekti olub. Türkiyə mətbuatına istinadən xəbər verir ki, "KADEM"in apardığı araşdırmanın nəticələri teleseriallarda qadına qarşı zorakılıqla bağl

.

Daha iki aktrisa 'Kızılcık şerbeti'ndən ayrılır

Ən reytinqli seriallardan olan "Kızılcık şerbeti" serialında ayrılıqlar yaşanmağa davam edir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir neçə bölüm sonra daha 2 aktyor serialdan ayrılacaq. Şebnem Dönmez v

.

Fələstinə dəstək verən Oskarlı aktrisa işsiz qaldı

Dünyaca məşhur Hollivud aktrisası Syuzan Sarandon Fələstin tərəfdarı bəyanatlarına görə Hollivud layihələrindən kənarlaşdırıldığını və qara siyahıya salındığını bildirib. xarici mətbuata istinadən xəbər verir ki, menecer

.

Acun Ilıcalıya qarşı istintaq başladılıb

Acun Ilıcalı, "TV8" kanalı və "Exxen" rəqəmsal platforma rəsmiləri haqqında "qanunsuz mərc oyunlarının reklamı və oyuna təşviq etmək" iddiası ilə istintaq başladılıb.  . Türkiyə mətbuatına istinadə

.

Messi Azərbaycana gəlir

Məşhur futbolçu Messi Azərbaycana gəlir. xəbər verir ki, onun  ölkəmizə səfəri dekabrın 10-a planlaşdırılıb. Məlumata görə, Messinin Bakıya səfərinin təşkilatçısı tanınmış biznesmen Adnan Əhmədzadədir. . Aysel

.

Mina Hüseyn 50 yaşında kişiyə ərə getməsi haqda danışdı

"Məni tanıyan insanlar qınamağa başlamışdılar ki, 50 yaşında kişiyə, kiminsə yoldaşına ərə gedib. Həyatımın ən böyük travmasını boşananda aldım. ".  xəbər verir ki, bu sözləri müğənni qonaq olduğu "Gün ortası"

.

Aparıcıdan vəfat edən qızına doğum günü təbriki - FOTO

ARB kanalının aprıcısı Aynur Bağırova vəfat edən qızı Sevgi ilə bağlı payılaşım edib.  . xəbər verir ki, aparıcı ilk dəfə övladın məzarının görüntüsünü paylaşıb. Aynur Bağırova bu gün doğum günü olan övladına duyğusal təbri

.

İTBURNU HAQQINDA BİLMƏDİKLƏRİNİZ

İNANILMAZ MÜALİCƏVİ KEYFİYYƏTLƏRİ. Qızılgül itburnu İtburnu inanılmaz dərəcədə gözəl, ətirli və faydalı bitkidir. Qızılgülün yaxın qohumu olan itburnu da tikanlıdır, lakin C vitamini və digər faydalı bioloji aktiv maddələrl

turlar.az

sonxeber.az qaşların formalari kosmetik vasiteler geyim necə seçməli qargidali salati burc xelife fotoqaleriya cavanlaşdırıcı maskalar intim hamilelik uzeyir bayati sağlamlığa aid atalar sözləri