Samirə Əfəndi Niderlanda getməyəcək
"Eurovision 2020" təmsilçimiz Samirə Əfəndi Niderlanda gedəsi olmayıb.
Open.az xəbər verir ki, buna səbəb koronavirus infeksiyasının dünyada sürətlə yayılması və bəzi ölkələrin karantin elan etməsidir.
"Eurovision 2020"nın 41 təmsilçisi bu günlərdə video çarxların çəkilməsi üçün Niderlandda bir araya gəlməyi planlaşdırırdı. Musiqi yarışmasının nümayəndələri çəkilişləri ləğv edib. Artıq iştirakçılar lazımi video çarxı öz ölkəsində çəkəcək.
Qeyd edək ki, İsrail və Litva təmsilçiləri bundan əvvəl Niderlanda gəlməyəcəyini bildirmişdi.
Təşkilatçılar hazırda "Eurovision" yarışmasının keçirilib-keçirilməyəcəyi ilə bağlı danışıqlar aparır. Onlar koronavirusun yayılma sürətini nəzarətdə saxlayıb, buna əsasən qərar verəcəklərini açıqlayıblar.
Musiqi yarışmasının mayın 12-dən 16-na kimi Roterdamda keçirilməsi planlaşdırılır. (Axşam.az)









Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin