Sarımsağın müalicəvi xüsusiyyətləri

Sarımsağın müalicəvi xüsusiyyətləriArxeoloji qazıntılar zamanı qədim şumerlərin sarımsaqdan dərman kimi istifadə etdikləri üzə çıxıb.
Qədim Misirlilərin də sarımsaqla qidalandıqları və ondan dərman kimi istifadə etdikləri barədə məlumatlar var. Tarixi mənbələrdə misir ehramları inşa edilərkən Firon Xeopsun işçilərə çoxlu sarımsaq yedirtdiyi barədə bilgilər tapılıb.
Xaç yürüşləri zamanı sarımsaq Fransaya aparılıb və oradan da Avropaya yayılıb. Misirdə sarımsaqdan ölümcül xəstəliklərə qarşı dərman kimi istifadə etməklə yanaşı onun müqəddəs bitki olduğuna inanaraq qəbirlərə qoyarmışlar.
Sarımsaq özünəməxsus dadına, fayadalı xüsusiyyətlərinə görə dünya mətbəxində geniş istifadə edilən ərzaqlar sırasındadır. Ondan bir çox yemək, sous, salat, marinad və şorabaların hazırlanmasında istifadə edilir. Sarımsaqdan çox istifadə edən ölkələr sırasında Bolqarıstan, Çin və Yaponiya ön sırada gedir.
"Ey Musa, biz tək növ yeməyə əsla dözə bilməyəcəyik, yetər artıq bizim üçün Rəbbinə dua et, bizə yetişdirdiyi şeylərdən: tərəvəzindən, sarımsağından, mərciməyindən və soğanından çıxarsın. (Bəqərə surəsi, 61-ci ayə)
Sarımsağın efir yağlarının tərkibində olan allisin maddəsi və kükürd birləşmələri bitkiyə spesfik dad və qoxu verir. Allisin maddəsi 1944-cu ildə iki alim - J.Cavallit və J.Bailey tərəfindən kəşf edilib. Olduqca güclü antibakterial təsirə malik allisin maddəsinin 1 milliqramı 15 vahid pensillin aktivliyinə bərabər qiymətləndirilir. Sarımsağın tərkibində həmçinin bakteriyaların inkişafını ləngidən fitonsidlər mövcuddur.
Sarımsaq tərkibindəki mürəkkəb bioloji aktiv maddələr sayəsində mikrob, göbələk, virus, qurd, ibtidailər, malyariya əleyhinə təsir göstərir, iltihabi proseslərin sağalmasını sürətləndirir. Tibdə dəmləmə və spirtdə çıxarış şəklində istifadə edilən sarımsaq mədə-bağırsaq traktının hərəki və sekretor fəaliyyətini yaxşılaşdırır, bağırsaq mikroflorasını normallaşdırır. Faqositlərin, T-limfositlərin, makrofaqların və killer hüceyrələrin aktivliyini artıraraq immun sistemi stimullaşdırır, orqanizmin infeksiyalara qarşı müqaviməti artırır.
Sarımsaq bağırsaqlarda çürümə və qıcqırma proseslərinin qarşısını almaq xüsusiyyətinə malikdir və ona görə kolit, bağırsaq atoniyaları və qida zəhərlənmələrində istifadə edilir, regenerasiya və epitelizasiyanı artıraraq yaraların sağalmasını sürətləndirir.
XIX əsrdə fransız mikrobioloqu Lui Paster sarımsağın bir sıra bakteriyalara qarşı öldürücü təsir göstərdiyini sübut etmişdir. Sarımsaq  tərkibində olan fitonsidlər sayəsində bağırsaq çöplərinə, qızılı stafilokoklara, salmonella və Candida cinsindən olan göbələklərə qarşı güclü aktivliyə malikdir. Virus əleyhinə, xüsusilə qrip viruslarına təsiri də elmi cəhətdən sübut olunduğuna görə ondan qrip xəstəliyinin müalicə və profilaktikasında geniş istifadə edilir.
Sarımsağın daxilə və ya imalə şəklində istifadə edilməsi bağırsaq parazitlərindən olan bütün növ qurdlara, xüsusilə lentşəkilli qurdlara öldürücü təsir göstərir. Qanda ümumi və aşağı sıxlıqlı lipoproteinlərdən (zərərli) təşkil olunmuş xolesterinin səviyyəsini azaldır, yüksək sıxlıqlı lipoproteinlərdən ibarət faydalı xolesterinin səviyyəsini  artırır.
Sarımsağın tərkibində olan allisin maddəsi qırmızı qan hüceyrələri - eritrositlərlə reaksiyaya girərək kükürdlü birləşmə olan hidrogen-sulfid əmələ gətirir. Həmin maddə qan damarlarındakı spazmı aradan qaldırır, qan dövranını aktivləşdirir və öz növbəsində arterial qan təzyiqini aşağı salır, həyati vacib orqanların oksigenlə təchizatını yaxşılaşdırır, ürəyin üzərinə düşən yükü azaldır.  Həmin xüsusiyyətlərinə görə sarımsaq arterial hipertenziya və aterosklerozun müalicə və profilaktikasında istifadə edilir.
Güclü antioksidant xüsusiyyətlərə malik allisin maddəsinin parçalanma məhsulu olan sulfen turşusu sərbəst radikalları neytrallaşdıraraq orqanizmdən xaric edir. Bununla da orqanizmi toksik maddələrdən təmizləyir, şiş hüceyrələrinin inkişafını və hüceyrələrin qocalma prosesini ləngidir.
Sarımsağın tərkibində olan inulinəbənzər maddələr qanda şəkərin səviyyəsini tənzimlədiyindən şəkərli diabet zamanı qida əlavəsi kimi istifadə edilir. Bir sıra xəstəliklərin müalicə və profilaktikasında sarımsaq kapsul (Nat-Sarımsaq kapsulu), tablet, toz və yağ şəkildə tətbiq edilir.
Bir sıra böyrək xəstəlikləri, öd daşı xəstəliyi, anemiya, mədə və bağırsaq xorası, epilepsiya zamanı sarımsaq və onun preparatlarından istifadə edilməsi əks göstərişdir.
Reseptlər:
Stenokardiya və təngənəfəslikdə
5 baş sarımsaq təmizlənib sürtgəcdən və ya ətçəkən maşınından keçirilir, 10 ədəd limon şirəsi və 1 kq balla qarışdırılır. 1 həftə qaranlıq və sərin yerdə ağzı bağlı şüşə qabın içərisində saxlanır. Hər qaşıq arasında minimum 1 dəqiqə fasilə verməklə gündə 1 dəfə 4 çay qaşığı qəbul edilir.
İrinli yaralar və ekzema
1 baş sarımsaq  qabıqlı şəkildə aluminium folqaya bükülür, sobada 20-25 dəqiqə bişirilir. Qabıqları soyulur, yumşaq hala gələnə qədər əzilir və 1:1 nisbətində balla qarışdırılaraq yara nahiyəsinə sürtülür.
Eyni qaydada bişirilərək əzilmiş sarımsaq zeytun yağıyla qarışdırılaraq barmaqda dolamaya qarşı istifadə edilir.
Qurd invaziyası
1 baş sarımsaq təmizlənərək əzilir, üzərinə yarım stəkan isti süd əlavə edilir, 15-20 dəqiqə dəmlənilir. Axşam yatmazdan əvvəl imalə şəklində düz bağırsağa yeridilir, gecə səhərədək saxlanılır. Prosedurdan əvvəl mütləq bağırsaqlar boşaldılmalıdır.
Acqarına 3 diş sarımsaq yeyilir, 2 saat sonra işlədici məqsədlə 2 xörək qaşığı gənəgərçək yağı içilir.
Mənbə: Herba Flora junralı
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1473   Tarix: 26 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

hamiləlik toy makiyaji sekilleri gozel gorunmek xina qoymaq qaydasi geyim kombinləri kivi murebbesi bürc xəbərləri kosmetika pehriz hesaplama bayati zəhmət ziyafet geyimleri