Saxta məhsullar: Azərbaycan bazarına xəmir düyülər haradan gətirilir?

Saxta məhsullar: Azərbaycan bazarına xəmir düyülər haradan gətirilir?"Bayramqabağı Azərbaycan bazarlarında saxta düyü məhsulları peyda olub. Belə ki, son zamanlar ölkəmizə gətirilən düyü məhsulunun əsas hissəsinin xalis düyü olmadığı üzə çıxıb. Bir sıra alıcılar düyü adı ilə satılan məhsulun xaricdə əsasən xəmirdən hazırlandığını bildirirlər. Onu da qeyd edək ki, Azərbaycana düyü əsasən Hindistan, Pakistan, İran, Çin, İndoneziya və Türkiyədən gətirilir.
Milli.Az xəbər verir ki, Bizim.media-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, düyünün içində qurumuş xəmirə bənzər maddənin olması onun saxta olduğuna işarədir:
"Azərbaycanda saxta və keyfiyyətsiz malların satılması mütəmadi xarakter daşıyır. Düyünün saxta olmasına gəldikdə, özüm bu halla rastlaşmışam. Bir neçə gün əvvəl marketlərdən birindən aldığım düyünün saxta olduğundan şübhələndim.
Ona görə də yoxlamaq üçün onu qovurdum, gördüm ki, Çindən gələn düyülər kimi yanmır, qovrulur. Sonra kəsəndə gördüm ki, içərisində qurumuş xəmirəbənzər maddə var. Yəni üzvü maddədən hazırlansa da, aldığım düyünün xalis düyü olmadığı üzə çıxdı.
Görünüşdə düyü olsa da, xalis düyü deyil, sadəcə ona xüsusi forma veriblər. Bu halla rastlaşmağım onu göstərir ki, ölkə bazarında saxta düyü də satılır. Bu hallar ölkəmizdə qida təhlükəsizliyi məsələsinin ürəkaçan şəkildə olmadığını göstərir".  
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə, əksinə, Azərbaycan bazarlarında saxta düyüyə rast gəlmədiyini deyir:
"Düyü qırıntılarından düyü hazırlaya bilərlər. Xaricdə düyü tozundan düyü hazırlama texnologiyası var. Lakin Azərbaycan bazarına bu kimi düyülər gətirilmir. Əhali yaxşı olar ki, yerli və sarı düyülərə üstünlük versin. Xəmirdən hazırlanmış saxta düyü isə Azərbaycan bazarında yoxdur. Kim bunun əksini sübut etsə, ona 100 manat hədiyyə verəcəyəm".
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1953   Tarix: 25 mart 2023
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

yay kolleksiyasi gozel gorunmek həkim məsləhəti körpə və ona qulluq biserli uzun donlar süni qidalar klyos donlar 2026 kosmetika vətənə aid bayatılar kahfe fali oglan evi burcler xanim.az