Səbəbsiz susuzluq hansı xəstəliklərin simptomu ola bilər

Səbəbsiz susuzluq hansı xəstəliklərin simptomu ola bilərBəzən insan səbəbsiz güclü susuzluq hiss edir. İnsan çoxlu su içir, lakin susuzluq keçmir.
Həddən artıq susuzluq çox ciddi xəstəliklərin simptomu ola bilər. Bu səbəbdən özünüzdə belə simptom müşahidə etdikdə mütləq həkimə müraciət edin.
- İlk növbədə həkim belə pasiyenti qanda şəkərin səviyyəsini təyin edən analizə göndərir. Həddən artıq susuzluğun əsas səbəbi məhz qanda şəkərin yüksək səviyyədə olmasıdır. Bu şəkərli diabet zamanı mümkündür. Şəkərli diabet zamanı mədəaltı vəzidə qanda şəkərin səviyyəsini tənzimləyən hormonun - insulinin istehsalı azalır (1-ci tip şəkərli diabet) və ya orqanizmdəki hüceyrələrin insulinə olan həssaslığı azalır (2-ci tip şəkərli diabet). Nəticədə qanda şəkərin səviyyəsi artır.
Qandan artıq şəkəri xaric etmək üçün böyrəklərə çoxlu maye lazımdır. Orqanizm bu haqda siqnal alır və insan susuzluq hiss edir və çoxlu miqdarda su içir.
- Patoloji susuzluğun digər səbəbi baş beyində yerləşən hipofiz vəzinin şişidir. Bu xəstəlik zamanı hipofiz çoxlu miqdarda xüsusi somnatotrop hormonu ifraz edir ki, bu hormon qanda qlükozanın səviyyəsini qaldırır.
Hipofiz vəzinin şişi zamanı somnatotrop hormonu çoxlu miqdarda ifraz olunmağa başlayır ki, nəticədə qanda şəkərin səviyyəsi qalxır və böyrəklərə bu şəkəri xaric etmək üçün yenə də çoxlu miqdarda maye tələb olunur. İnsan daim susuzluq hiss edir, çoxlu su içir, tez-tez sidik ifraz edir.
- Bizim orqanizmin normal fəaliyyəti üçün mütləq su lazımdır. Su insanın bütün hüceyrələrinə daxildir. İnsan orqanizmi suyu saxlamaq qabiliyyətinə malikdir. Bu proses xüsisi antidiuretik hormonu tərəfindən tənzimlənir. Bu hormonu beyin ifraz edir. Bəzən bu hormonun ifrazı pozulur və insan həddən artıq tez-tez sidik ifraz etməyə başlayır və nəticədə susuzluqdan əziyyət çəkir.
Bu pozulmanı təyin etmək üçün xüsusi test aparılır - insana su içmək qadağan edilir. Əgər müəyyən müddət ərzində sağlam insanın orqanizminə su daxil olmazsa, antidiuretik hormonun təsirindən insanda sidik ifrazı kəsilir. Lakin antidiuretik hormonun ifrazında pozulma olan insanda sidik ifraz olunmağa davam edir və insanda kəskin susuzlaşma inkişaf edir.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 1758   Tarix: 27 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

turlar.az

gozel gorunmek toy makiyaji sekilleri kosmetika mehsullari maraqli hind filmleri gənc qalmağın sirləri gəncə xəbərləri elm haqqinda atalar sozu kosmetika oğlaq badambura burcler haqqinda hakisdalar burclerin uygunlugu