Şəbnəm izləyicisinə qarğış etdi: "Daş düşsün başına..." - FOTO
Müğənni Şəbnəm Tovuzlu izləyicisini təhqir edib.
Open.az xəbər verir ki, müğənni instaqram hesabında oğlu Əli ilə yeni fotolar paylaşıb. Foto marağa səbəb olub. İzləyicilərindən birinin "Deyəsən həcidən ayrılmısız ona görə uşağın üzünü çəkirsiz" şərhinə Şəbnəm sərt reaksiya göstərib.
Belə ki, o, şərhə cavab olaraq "Yalansa daş düşsün başına niyə ayrılaq ki...Dilin çürüsün. Balasını atan şərəfsizlərdən deyil o" qarğışını yazıb. (BiG.AZ)