Şəbnəm Tovuzlu: "Bilmək istəyirlər, arxamda duran kimdir" - VİDEO

Şəbnəm Tovuzlu: "Bilmək istəyirlər, arxamda duran kimdir" - VİDEOMüğənni Şəbnəm Tovuzlu (Əsədova) şəxsi həyatından danışıb.

Milli.Az xəbər verir ki, apa.tv-nin "Show time" verilişində qonaq olan ifaçı bildirib ki, özəl həyatının mətbuatda işıqlandırılması onu çox üzüb: "Bu, əvvəldən belə olub. Müğənninin hər bir addımı insanlar üçün maraqlı olub. Yəni elə bilirlər ki, müğənni adi insandan fərqlidir. Xeyr, bizim fərqliliyimiz odur ki, müğənniyik. Qaldı ki, şəxsi həyatımın mediada müzakirə olunmasına... Bunu bilərəkdən işıqlandıran 1-2 nəfər oldu. Mən son vaxtlar özüm də məəttəl qaldım. Yəni övlad dünyaya gətirən tək insan mən deyildim. Bir çox müğənnilərimiz ana oldu. Heç onlarda bu qədər müzakirə olmadı. Sadəcə, mən şəxsi həyatımı gizlətdikcə, bunlar açıqlamağa çalışdılar. Həyatımda gizlədiləcək heç bir şey yoxdur. Yoldaşım sizinlə də telefonda danışıb. Lazım gəlsə, çıxıb özü də açıqlama verər. Sadəcə o, sənət adamı deyil, sənətə də bağlılığı yoxdur. Niyə də çıxıb deməlidir? Bu xəbərlər çıxan zaman yoldaşım mənə çox dəstək oldu. Mən həmin ərəfələr çox əsəb keçirdim. Yoldaşımın mənə elə də pis münasibəti olmur. Sadəcə mənə deyir ki, sənətdəsən, bu şeylər olan şeydir. Sənətdəsənsə, bu şeyləri yaşamalısan".

İfaçı onu da əlavə edib ki, bütün bunları öncədən sifariş edən şəxs olub: "Mənim şəxsi həyatım 1 ildir ki, müzakirə olunur. Amma ondan qabaq mənim simam tanınmırdı, yəni efirlərdə tanınmadan öncə mahnılarım tanınırdı, sevilirdi. Şəbnəm Tovuzlu olaraq "Sevənlər ölməz deyirdin" mahnım tanınırdı. Müğənnilər var ki, müəyyən bir məbləğ xərcləyir, simasını tanıdır, daha sonra mahnı çıxarır. Amma məndə belə olmadı. Mən xoşbəxtçilikdən heç mahnılara da o qədər pul xərcləməmişdim. O zamanlar Rusiyada yaşayırdım. Mahnım isə Azərbaycanda sevilirdi. Bütün bunların mətbuatda yazılmasını istərdim. Amma mənim şəxsi həyatımın müzakirə olunması bir sifariş idi. Çünki mən heç bir zaman istəməmişəm ki, mənim ailəm kənarda müzakirə olunsun. İstəmirəm bu cür gündəmi. İndi deyirlər ki, mən sənətimlə yox, şəxsi həyatımla gündəmə gəlmişəm. Yox, bu, belə deyil. Son 1 ildə mənim əsəblərimlə oynadılar. Sadəcə bilmək istəyirdilər ki, Şəbnəmin bu həyatda arxasında duran kimdir".

Qeyd edək ki, "Show time" verilişi həftənin 2-ci günləri saat 15:10-da "APA TV"-də Yalçın Uğurun təqdimatında yayımlanır.

Xəbərlər     Baxılıb: 2385   Tarix: 13 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Gündəlik stress ölüm riskini 5 dəfə artırır - gece

Stress ürək-damar xəstəliklərindən ölüm riskini beş dəfə artırır. xəbər verir ki, bu, niderlandlı tədqiqatçıların gəldiyi nəticədir. Alimlər müəyyən ediblər ki, 65 yaş yuxarı insanlar qanda kortizol səviyyəsinin yüksəlməsin

.

Dünyanın ən sağlam ədviyyatı seçildi - Zəncəfil deyil

Zəncəfil və sarıkökün populyarlığına son qoyacaq yeni araşdırmanın nəticələri açıqlanıb. Son elmi tədqiqatlar mətbəximizdə hər zaman olan ədviyyatın antioksidant gücü ilə bütün rəqiblərini geridə qoyduğunu sübut edib. xəbə

.

Basmatini taxtından saldı! Ən sağlam düyü növləri bəlli oldu

Düyü dünyada və ölkəmizdə ən çox istehlak edilən qidalar arasındadır. Lakin mütəxəssislər ağ düyüdən daha sağlam alternativlər axtaranlar üçün bir neçə xüsusi növü ön plana çıxarırlar. Emal edilməmiş və ya az işlənmiş b

.

Axşam yeyilən tünd şokolad daha yaxşı yatmağınıza kömək edə bilər

Günün sonunda bədənimiz yorğun olsa da, zehnimizin hələ də "qaçmağa" davam etməsi çoxumuza tanış bir haldır. Yatağa uzanırıq, bədən hazırdır, amma beyin hələ də görüləcək işlər siyahısında gəzişir. Məhz buna gör

.

İnsanlar niyə yuxuda danışır?

Yuxuda danışmaq (somnilokviya) çox yayılmış haldır və əksər hallarda təhlükəli sayılmır. xəbər verir ki, bu vəziyyət parasomniyalara daxildir və həm yuxunun dərin, həm də REM mərhələsində baş verə bilər. Həkimlər bildiri

.

Bu vərdişlər infarkt riskini ARTIRIR

Rusiyalı kardioloq Filip Kuzmenko bildirib ki, mütəmadi tibbi yoxlamalar infarkt riskini azaltmağa kömək edə bilər. Həkimin sözlərinə görə, xüsusilə xolesterin göstəriciləri, qan şəkəri və arterial təzyiq daim nəzarətdə saxlanılmalıdır

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi

Nigeriyada ölümcül Lassa qızdırması epidemiyası səbəbindən həyatını itirənlərin sayı 190-a yüksəlib. xəbər verir ki, yerli səhiyyə qurumlarının məlumatına görə, xəstəlik ölkənin müxtəlif ştatlarında yayılmaqda davam edir

.

ÜST-dən hantavirus açıqlaması gəldi

Fransa hakimiyyəti hantavirus infeksiyası aşkarlanan şəxslərlə təmasda olan səkkiz nəfəri nəzarət məqsədilə karantinə götürüb. xəbər verir ki, onlardan biri virus daşıyıcısının olduğu təyyarədə səyahət edib, digərləri is

turlar.az

sac duzumleri qadin sayti toy makiyaji sekilleri murebbeler pəhriz qadın geyim və aksessuar gəlinlik və toy dəbi kosmetika sirin qogal novruz hakışdaları bürcler novruz bayramina aid hakista kondom nedir