Səhər özünüzü heç yatmamış kimi hiss edirsinizsə, bunları edin
"Fibromialgiya - gecələri kifayət qədər yatmanıza baxmayaraq səhər qalxdığınız zaman özünüzü heç yatmamış kimi hiss etdirən yumşaq toxuma revmatizmasıdır. Əzələlərdə geniş yayılmış ağrı və həssaslıq, həddindən artıq yorğunluq, halsızlıq və səhər tutulmaları ilə müşayiət olunur".
Publika.az xəbər verir ki, bu sözləri fleboloq cərrah İsmayıl Əsgərov deyib. O bildirib ki, bu, əhalinin 2-4%-də, daha çox 30-60 yaş qadınlarda görünür:
"Diaqnoz qoymaq üçün xüsusi qan testi olmasa da, lazım gələrsə, həkiminiz-revmatoloq müəyyən analizlər istəyə bilər. Müalicədə psixoloji dəstək, bəzən dərmanlar və fizioterapevtik seanslar da lazım gələ bilər. Tədqiqatlar göstərir ki, çiçək hazırlanması, becərdilməsi kurslarına qatılmaq həm ağrıların azaldılmasına, həm də psixatrik simptomların yaxşılaşmasına təsir göstərir. Əslində burada effektivlik, çiçəkdə deyil, işsizlikdən, bekarçılıqdan, məşğuliyyətsizlikdən irəli gəlir. Həm psixoloji, həm fiziki işlə məşğul olduqda əməyin məhsuldarlığı artır. Hərəkətsizlik və psixoloji gərginlik və ya həddən artıq fiziki yüklənmə, hər iki halda xroniki yorğunluq sindromuna səbəb olur. Odur ki, telefondan tam kənarlaşıb, günəşli, sərin havada aktiv gəzmək, dincəlmək arzusu ilə xoş istirahətlər".









Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin