Şəhər sakinləri az danışmalıdır - Çox danışmaq bu xəstəliyi şiddətləndirir
Uzun müddət və çox danışmaq, nitq ünsiyyəti və oratorluqla bağlı peşələr sonda nevroza gətirib çıxara bilər.
Milli.Az medicina.az-a istinadən bildirir ki, rusiyalı psixoloq gənclərə az danışmağı tövsiyə edib.
Daim nitq ünsiyyətində olan peşə sahiblərində reaktiv düşüncə vəziyyəti işə salınır. Onun beyni gücləndirilmiş ikiqat yüklənmə rejimində işləyir.
Alınan informasiyanı işləyib sözə çevirib çatdırmaq mərkəzi sinir sistemini gərginləşdirir.
Bu isə həmin insanı psixoz və nevroz vəziyyətinə salır, getdikcə yuxusu pozulur, iştahı azalır, baş ağrısı, sinir tikləri yaranır.
Bu vəziyyətə gəlib çatmamaq üçün psixoloq gündə bir neçə saatı əhatə etməlidir. Yaxşı olar ki, həftədə 1 gün ümumiyyətlə sükut günü elan edilsin və yalnız çox vacib hallarda söz deyilsin.
Sükut günləri necə ki, pəhriz və detoksla bədən təmizlənir, bu da beynin informasion detoksudur.
Həmin gün telefon yazışmaları və zəngləri də minimuma endirin.
Həmçinin sosial şəbəkələrdə xəbərləri izləməyin.
Belə vəziyyətdə insanda refleksiv düşüncə işə düşür, zehni aydınlaşır, enerjisi çoxalır və beyin itiləşir.
Qədimdə də bildirirdilər ki, insan nə qədər az danışsa, bir o qədər müdrik olur.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir