Səhər-səhər əhaliyə ÜZÜCÜ XƏBƏR: BAHALAŞDI...
Qəribə də olsa, Bakıda portağalın qiyməti 50%-dən çox qalxıb. Bir müddət əvvəl 2,5 manata satılan sitrus meyvəsinin kiloqramı hazırda 4 manat 50 qəpiyədir.
Xanim.az virtualaz.org saytına istinadən xəbər verir ki, bazarda olan bu qiymətləri mövsümi hal adlandıranlar da var. Belə ki, yay aylarında digır meyvələr bol olduğundan, sirtus meyvələri az miqdarda idxal edlir və bu da qiymətə təsir edir. Digər mütəxəssislər isə portağalın əsasən idxal edildiyi Misir, Mərakeş və Türkiyədə məhsul qıtlığını, oranın özündə də qiymətlərin qalxdığını bildirirlər.
Əməkdaşımızın məlumatına görə, hazırda bu ölkələrdə portağalın 1 kiloqramının qiyməti 0,5 dollarla 1 dollar arasında dəyişir. Yəni bütün xərclər nəzərə alınmaqla, Bakıda portağal 2,5 manatdan baha ola bilməz.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hseynov isə qeyd edib ki, Azərbaycanda istehlak bazarında hal-hazırda qiymət xaosu hökm sürür və kim hansı malı hansı qiymətə satmaq istəyirsə, o qiymətə də satır. Mütəxəssisin fikrincə, burada inhisarçılıq da öz sözünü deyir – bazara başqa iştirakçılar buraxılmır.
Qarşıdan Yeni il gəlir və ənənəvi olaraq, azərbaycanlıların süfrəsində portağal, naringi və digər sitrus meyvələri olacaq. Ümid edək ki, qiymətlər aşağı enəcək və bu ənənə pozulmayacaq.











Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin