Səhər yeməyini bu saata saxlamaq ömrü uzadırmış: Tədqiqatlar təsdiqlədi

Səhər yeməyini bu saata saxlamaq ömrü uzadırmış: Tədqiqatlar təsdiqlədiYeni aparılmış tədqiqat göstərir ki, səhər erkən saatlarda yemək yalnız sağlam həyat tərzi üçün faydalı deyil, həm də ömrü uzada bilər. Mütəxəssislər bildirir ki, günün ilk saatlarında yemək yeyən şəxslər, gec saatlarda yemək yeyənlərlə müqayisədə daha uzun yaşama ehtimalına malikdir.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədə təxminən 3.000 yetkin insan arasında aparılan uzunmüddətli araşdırmada müəyyən edilib ki, səhər yeməyini hər saat gecikdirmək ölüm riskini 8-11% artırır. Xüsusilə yaşlılarda səhər yeməyinin gecikməsi müxtəlif sağlamlıq problemləri ilə əlaqələndirilir.
Harvard Tibb Fakültəsinin qidalanma üzrə mütəxəssisi Dr. Hassan Dashti qeyd edir ki, səhər yeməyi saatı, xüsusilə yaşlı insanların ümumi sağlamlıq vəziyyətini izləmək üçün praktik və təsirli göstərici ola bilər.
Gec səhər yeməyi yeyənlərdə iştah itkisi, halsızlıq və müxtəlif sağlamlıq problemlərinin yaranma riski daha yüksək olur. Lakin ekspertlər bildirir ki, bu nəticələr birbaşa səbəb-nəticə əlaqəsi yaratmır, daha çox gizli sağlamlıq problemlərinin göstəricisi ola bilər.
Gastroenterologiya üzrə mütəxəssis Prof. Dr. Vedat Göral isə əlavə edir ki, səhər saat 6-8 arasında yeyilən yemək infarkt, bəzi xərçəng növləri və digər ciddi xəstəlik riskini azalda bilər. Onun sözlərinə görə, səhər yeməyi yalnız bir yemək deyil, həm də bədən biologiyasının düzgün işləməsini təmin edən mexanizmdir. Bu da həm həyat keyfiyyətini artırır, həm də ömrü uzadır.
Səhər erkən saatlarda yeyilən yemək bədən ritminə müsbət təsir göstərir, həm fiziki, həm də zehni sağlamlığı dəstəkləyir və gün ərzində daha enerjili olmağa kömək edir.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1198   Tarix: 06 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

kosmetik vasiteler geyim seçimi sac duzumleri gənc qızlar üçün saç düzümləri qadınlarda erroziya permanent makiyaj sirin qiz statuslari kosmetika hakışta rus dilin nece orenek oğlaq həsən bəy zərdabi qızlıq pərdəsi