Şəhid pilotumuzun SON SÖZÜ ÜRƏK PARÇALADI - VİDEO - FOTO

"Urfanı sonuncu dəfə martın 30-da gördüm. Ondan sonra heç onun nəşini də görmədim, göstərmədilər. Bəlkə də məni yaşadan budur. Çünki onun ölümünə inanmıram, inanmaq da istəmirəm".

Milli.Az xəbər verir ki, 2016-cı ilin aprel ayında baş vermiş dördgünlük müharibə zamanı böyük qəhrəmanlıq göstərərək helikopterdə şəhid olan mayor Urfan Vəlizadənin həyat yoldaşı Könül Vəlizadə istipress-in əməkdaşı ilə söhbətində deyir.

Gözləri yol çəkən Könül xanımın, iki qız anasının şəhid Urfan Vəlizadə haqqında dediklərini öz dilindən təqdim edirik.

***

"Xatırlayırsan, Urfan, sənin qara rəngdə idman çantan var idi. İndi o çantaya nifrətlə baxıram. Çünki sən hər dəfə qara çantanı götürüb bir söz demədən gedəndə ən azı bir həftə baxdıqca hüzur tapdığım gözlərini görə bilmirdim.

Son günün çox yaxşı yadımdadır. Yenə o çantanı hazırlamışdın. Amma bu dəfə fərqliydin. Sanki nədənsə narahat idin. Divanda əyləşib qızlarımız Zəhra və Betülü dizlərinin üstündə oturtdun. Hər ikisinin qoxusunu ciyərlərinin dərinliklərinə çəkdin. Sanki o ətri heç kimlə paylaşmaq istəmirdin. Və gözlərimə baxıb dedin: "Könül, uşaqların qoxusu tamam başqadır. Bu gözəl qoxudan insan ayrılmaq istəmir".

Bu sözlərin mənə elə pis təsir etdi ki... İçimdə fırtınalar qopdu. Mənə elə gəldi ki, sanki ürəyimin döyüntüsünü eşidirəm. Çünki neçə gün idi ki, "müharibə olacaq" deyə söhbətlər gəzirdi. Amma mən hər dəfə bu barədə səndən soruşanda gülümsəyərək deyirdin: "Bunların hamısı şayiədir. Fikir vermə, əzizim."

Sonuncu dəfə uşaqların qoxusunu ciyərlərinə çəkdin və qapının yanında hazır qoyduğun qara çantaya yaxınlaşdın. Mənimlə də həmişəki kimi sağollaşdın və tezliklə geri qayıdacağını söylədin. Yenə mənə cəbhə bölgəsinə deyil, sadəcə, təlimlərdə iştirak etmək üçün getdiyini dedin. İndi səni çox gözəl başa düşürəm.

Bəlkə də sənin bir daha geri qayıtmayacağını, şəhidlik zirvəsinə yüksələcəyini Allah mənə işarə etmişdi. Sən yola düşdükdən sonra arxanca su atanda əlimdəki qab da fırlanıb yerə düşdü. Amma bunu pis əlamət kimi yozmadın. Bildiyim duaları oxudum.

Narahatlığım aprelin 2-də səhər saatlarında sən mənə zəng vurana qədər davam etdi. Hər şeyin yaxşı olduğunu, gecə evə qayıdacağını dedin. Xatırlayırsan, hətta dedin ki, hədiyyəmi alıb gələcəm. Həmin gün anamın yubileyi idi. Bilirsən, Urfan, anam yubiley gününü bir daha xatırlamaq istəmir. Deyir, o gün ən pis günümdür.

Səninlə telefon danışığımızdan çox keçməmişdi, elə bil içimdə həyəcan siqnalı verildi. Damarlarımda axan qana qədər bunu hiss elədim. Sanki qəfəsə salmışdılar məni və ora-bura qaçırdım. Heç vaxt keçirmədiyim qəribə hislər keçirirdim. Bütün günü sənə zəng vurdum, amma cavab vermirdin. Səbəbini isə gecə anlayacaqdım.

O gecə bizə qonşularımızla bərabər yad adamlar da gəldi. Artıq səndən nigarançılığım get-gedə daha da artırdı. Sənsə telefonlara cavab vermirdin. O gecə mənim üçün ən uzun gecə oldu.

Bilirsən, Urfan, sənin üçün hazırlanan yas çadırına paltarlarını - gödəkçəni, ayaqqabını geyinib getmişdim. Fikirləşirdim ki, bəlkə məni hiss edəcəksən... Məni duya, hiss edə bildinmi?.. Sənin nəşini görmədim. Ona görə də inanmıram şəhid olduğuna... İnanmıram və yolunu gözləyirəm...

Həyatından çox sevdiyin Zəhradan və "ay parçam" deyə müraciət etdiyin Betülümüzdən də narahat olma. Onlar da səni gözləyir. Dövlətimizin bizə verdiyi yeni evə köçmüşük. Düzdür, təmirini özümüz etdik, bir az çətin oldu. Amma artıq kirayədə yaşamırıq. Yeni evə uzun müddət gəlmədik. Qızlarınla kirayə də olsa, xoşbəxt günlərimizin keçdiyi o evdə gözləyirdik səni.

Zəhra həmişəki kimi əlaçıdır. Heydər Əliyev adına Müasir Təhsil Kompleksində pulsuz oxuyur, güzəşt ediblər. Betülün isə artıq iki yaşı var, o hələ atasının yoxluğunu hiss etmir, dərk etmir. Urfan, çox qorxuram. Qorxuram ki, Betül bir gün sənin harada olduğunu soruşanda ona nə cavab verəcəyəm. Amma ümidliyəm, bəlkə o günə qədər sən qayıtdın... Bəlkə də...

Mayor Urfan Vəlizadə özündən başqa baş leytenant Bəkir İsmayılov və mayor Təbriz Musazadə ilə birgə idarə etdiyi Mi-24 helikopteri ilə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən müharibədə iştirak edib. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı Mi-24 helikopteri ermənilər tərəfindən vuruldu və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid olub. Məlumata görə, onların helikopteri düşmən tərəfindən vurulub, lakin pilotlarımız geri dönməyərək vurulan helikopteri tam sürətlə erməni postuna çırpıblar.

Onların nəşi aprelin 10-u neytral ərazidən götürülüb.

Aprelin 11-i isə Mi-24 helikopterinin pilotları Urfan Vəlizadə, Bəkir İsmayılov və Təbriz Musazadə, həmçinin döyüşlərdə qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev ilə vida mərasimi baş tutub. Vida mərasiminə müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, habelə mayor Ramil Səfərov və bir sıra digər rəsmi şəxslər qatılıb. Şəhidlər Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda izdihamla son mənzilə yola salınıb.

Urfan Vəlizadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Şəhid pilotumuzun SON SÖZÜ ÜRƏK PARÇALADI - VİDEO - FOTOŞəhid pilotumuzun SON SÖZÜ ÜRƏK PARÇALADI - VİDEO - FOTOŞəhid pilotumuzun SON SÖZÜ ÜRƏK PARÇALADI - VİDEO - FOTOŞəhid pilotumuzun SON SÖZÜ ÜRƏK PARÇALADI - VİDEO - FOTOŞəhid pilotumuzun SON SÖZÜ ÜRƏK PARÇALADI - VİDEO - FOTOŞəhid pilotumuzun SON SÖZÜ ÜRƏK PARÇALADI - VİDEO - FOTO

Xəbərlər     Baxılıb: 1862   Tarix: 07 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Təbii qarışımla şişkinliyə SON: Yatmazdan əvvəl için

Son vaxtlar sosial mediada sürətlə yayılan "gecə içkisi" trendi Türkiyədə də maraq doğurub. Xüsusilə axşam yeməyindən sonra yaranan şişkinlik və ödemdən qurtulmaq istəyənlər bu təbii qarışığa üz tutur. xəbər veri

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

.

Meyvə istehlakının ən sağlam forması hansıdır?

Tədqiqat nəticəsində məlum olub ki, meyvəni maye halında qəbul etmək istəyənlər üçün smuzi ən ideal seçimdir. Bunun səbəbi smoothie hazırlanarkən meyvənin liflərinin qorunub saxlanılmasıdır.  xəbər verir ki, smuzi qrupu bütü

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göylərdən gələn hədiyyə': Biri 20 manata satılır

Papaya tərkibindəki zəngin minerallar və xüsusi fermentlər sayəsində sadəcə bir qida deyil, həm də müalicəvi vasitə kimi qəbul edilir.  xəbər verir ki, papayanın tərkibindəki ən vacib maddə olan papain fermenti proteinləri

turlar.az

geyim dəbləri adlarin menasi aksessuarlar morugun faydasi kelem tutmasinin hazirlanmasi xiyar tursusunun hazirlanmasi qaydasi allergiya kosmetika oxu az seksler aydin sani penis vetene aid atalar sozleri