Şəhidin hamilə həyat yoldaşının bu STATUSU ÜRƏK DAĞLADI: "Dünən yenə sənin telefonundan özümə mesaj yazdım" - FOTO
Türkiyənin Bitlis vilayətində PKK-ya qarşı əməliyyatlar zamanı şəhid olan 26 yaşlı hərbçi - çavuş Talat Bildiricinin 7.5 aylıq hamilə həyat yoldaşı Şeyda Bildirici Facebook-dan etdiyi paylaşımla ürəkləri dağlayıb.
Xanim.az Milli.Az -a istinadən xəbər verir ki, 22 iyunda şəhid olan Talat Bildirici vətəni Adananın Kozan mahalında gözyaşları içində dəfn edilib. Dəfn mərasimində çətinliklə ayaq üstə duran 1 illik həyat yoldaşı Şeyda Bildiricinin burada dediyi: "Mənə həmişə deyir ki, "Oğlumuz sənə baxacaq", Bizi şəhid olacağına hazırladı. Vətən sağ olsun. Əclaflar bir gün mütləq cəzalarını alacaqlar", sözləri mərasimə qatılanları gözyaşına boğub.
Dəfnindən təxminən 2 ay sonra uşağını dünyaya gətirəcək Şeyda Bildiricinin Facebook hesabından yoldaşına xitab olaraq yazdığı "məktub" da oxuyanları ağladıb. Altına duyğu yüklü şərhlərin yazıldığı və "Halalım, həyat yoldaşım, sevdiyim" deyə başlayan Bildiricinin paylaşımı belədir:
"Oğlumuzun adı Talat Talha olacaq. Sənə bənzəyəcək. Mən ona baxarkən yenə ölüb, diriləcəyəm, sevgilim. Amma bu zamana qədər hər gün sənsiz öləcəyəm. Acı çəkəcəm. "Səni çox sevirəm, halalım" - səndən bu cümləni bir daha əsla eşitməyəcəyəm, amma mən bilirəm sən də çox sevirsən məni. Dünən yenə sənin telefonundan özümə mesaj yazdım.
Yenə sən zəng etdin, deyə inandırdım özümü. Bu ağrıyla necə yaşamaq olar, sənsiz necə yaşayacam? Sən mənə bunları heç öyrətmədin ki, eşq. Gözümü açdın sən. İlk göz ağrım, sənsizliyi heç düşünmədim ki mən. Nə olar bizi eşit, nə olar bizi də apar. Nə olar Rəbbim bizi belə vaxtsız ayıranlarında evlərinə od vursun".













Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin