Səidə Sultan azərbaycanlı müğəninin evlilik təklifinə "yox" dedi

Səidə Sultan azərbaycanlı müğəninin evlilik təklifinə "yox" dedi"ARB Ulduz"da yayımlanan "Şou-məkan" proqramının növbəti qonağı sevilən müğənni Niyam Salami oldu.

Qadınsaytı.az xəbər verir ki, aparıcı sevənlərini səhnədən, hansısa məclisdən, mətbəxdən salamlayan müğənni ilə, bu dəfə fərqli olaraq idman zalında görüşüb:

"Səhnədəyəm. O qədər kostyumlarım var ki, heç biri bədənimə olmurdu. Bir ara gəldim, məşqçi Anar necə məşq keçdisə, çox kökəlmişdim, idmandan sonra formaya düşdüm. Gündəlik gimnastik hərəkətlər üçün gəlirəm".

Yerində dayanmayan sənətçi, yeni ilə sağlam can, sağlam repertuarla daxil olmaq üçün elə ötən ildən işçi arı kimi çalışmağa başlayıb:

"Toy və səhnə repertuarımı dəyişdim. Hətta ritmimi belə dəyişmişəm. İstədim ki, yenilik edirəmsə, bütün sahələrdə edim.

Mahnıları göndərirdim Türkiyəyə. Musiqi Azərbaycan bəstəkarınındır. Verirlər mənə, mən də göndərirəm ora. Türklər isə orada türk ürəyidir də, skripka, gitara hissələri daxil edirlər. Nəticədə görürsən ki, yamaq alınıb. Nailə Mirməmmədlinin musiqisi və türk çalğısı, ümumiyyətlə, bu uyğun gəlmir. Ona görə də, aləm dəyirdi bir-birinə. Bu cür məqamları birdəfəlik ləğv etdim".

- Niyam, bəzi məşhurlar idman etmək üçün yox, sadəcə, selfi çəkib özünü dağ başında şığımağa hazır qartal kimi göstərmək niyyətilə idman zallarına gəlir. Bəs səndə vəziyyət necədir?

"Mən elə şey etməmişəm. Nə efirə görə, nə də kiməsə görə gəlirəm. Mən ancaq özümə görə bura gəlirəm. Geyimlərim bədənimə uyğun gəlsin, səhnədə yaxşı görünüm deyə gəlirəm".

Müğənni gördüyü işlərin bəzilərini gizli saxlasa da, Brilliant Dadaşovanın illər öncə oxuduğu mahnı üzərində ciddi hazırlaşdığını dilə gətirdi:

"Popuri tipində tamam fərqli bir şey yaradıram. Toy üçün yox, ancaq efir üçün bunu hazırlayıram. 40 ilin mahnısı olan bir mahnı tapdım. Brilliant xanım oxuyub. Heç kim eşitməyib. Bunları eksklüziv olaraq saxlayıram. Qoy deməyim də hansı mahnıdır. Söz verirəm ki, ilk dəfə sizə açıqlayacam. Brilliant xanıma bunu deyəndə o, özü də təəccübləndi, razılığını da verdi".

Niyam yeni dueti və klip çəkilişi ilə bağlı planlarını da bölüşdü:

"Nurlan Təhməzli ilə klip çəkilişlərinə başlayırıq. Elə məni yaxşı yaxalamısınız. Masallıya yola düşürəm. Mənə orada köhnə ev lazımdır. "Gəl dost olaq" adlı yeni mahnı var. Çox gözəl bir duetdir. Əslində, Nurlan Təhməzli mənə mahnı vermək istəyirdi. Dedim, gəl mən sənə bir mahnı təklif edim". Təklif məndən gəldi. Adını da qoyduq ki, "Gəl dost olaq". Bu ayın sonuna kimi hazırlıqlar bitəcək. İstəyirəm ki, fevralın birindən efirlərdə olsun. Doğum günümə yaxın təqdimat edəcəm".

- Niyam, Səidə Sultanla münasibətlərin yüksək səviyyədədi, nə vaxtsa bu münasibəti evliliyə çevirməyi düşünmüsənmi?

"Sözün açığını deyim ki, mən ona təklif etmişdim. Ona da şərəf oldu. Dedi ki, "Niyam, mənim üçün də bu təklif şərəfdir. Dedi, "Sən mənim qaqaşımsan. Sənə görə ölümə belə gedərəm". Gördüm rəng alıb, rəng verdi. Ola bilər ki, indi ağlı başına gələr, 1-2 ildən sonra razılıq verər. Dostumdur, belə şeyə çox yaxşı baxıram.

Zarafatla dedim ki, sonra sən peşman olsan, onda da mən razı olmayacam".

Xəbərlər     Baxılıb: 2521   Tarix: 23 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Həddindən artıq yuxu niyə təhlükəlidir?

Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb. xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün ris

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

turlar.az

geyim seçimi həkim məsləhəti kosmetika mehsullari göyəm mürəbbəsinin resepti mürəbbələr elm biliye aid atalar sözləri bəxtiyar vahabzadə ana şeiri kosmetika ekizler rus dili yemek reseptleri hakiwda sirniyatlar