Şəkər tozu haqda qaydalar: Necə saxlayaq və gündə nə qədər qəbul edək?

Şəkər tozu haqda qaydalar: Necə saxlayaq və gündə nə qədər qəbul edək?Şəkər sinir sistemini gücləndirən, görmə, eşitmə qabiliyyətini və diqqəti artıran, eləcə də asanlıqla həzm olunan yüksək kalorili (375 kkal / 100 q) bir yeyinti məhsuludur. Kimyəvi tərkibinə görə təmiz saxarozadan ibarət olan şəkər insan orqanizmində 95 %-dən çox mənimsənilir. Sağlam insanın gündəlik qida rasionunda şəkərin miqdarı 60-80 qramdan çox olmamalıdır.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin gündəlik istifadə etdiyimiz əsas qida maddələrindən biri - şəkər tozu haqqında hazırladığı maarifləndirici materialda bildirilib. Mütəxəssislər şəkər tozunun qəbulu, saxlanması ilə bağlı bir sıra tövsiyələr veriblər:
Şəkərin istehsalı üçün əsas xammal kimi şəkər qamışı və şəkər çuğunduru istifadə olunur. Dünya üzrə istehsal olunan şəkərin 45 %-i şəkər çuğundurundan, 55 %-i isə şəkər qamışından alınır. Yəni dünya üzrə 94-97 milyon ton şəkər istehsalının (xam şəkərə hesablandıqda) 56-60 milyon tonu şəkər qamışının, 36-38 milyon tonu isə şəkər çuğundurunun payına düşür.
Şəkər qаmışının gövdəsi şəkər istеhsаl еtmək üçün əsаs хаmmаl sayılır. Bu bitkinin tərkibindəki şəkərin miqdаrı şəkər çuğundurunа nisbətən аzdır. Şəkər çuğundurundan istеhsаl еdilən şəkər tozu əhаlinin bu məhsula оlаn tələbаtının ödənilməsində dаhа mühüm əhəmiyyətə malikdir. Bu xammal bir  çox texnoloji mərhələdən keçdikdən sonra şəkər halına düşür. Qeyd edək ki, 100 kq şəkər çuğundurunun еmаlındаn 12-15 kq şəkər alınır.
İstehlakçıların məhsulun keyfiyyətinin qiymətləndirilməsi üçün ilk növbədə  bir sıra amillərə diqqət yetirmələri tövsiyə olunur. Şəkər tozunun keyfiyyəti kristalların quruluşuna, xarici görünüşünə, rənginə, dadına, iyinə və kənar qatışıqların olub-olmamasına görə müəyyən edilir. Belə ki, şəkər tozu quru, dənəvər olmaqla ələ yapışmamalı, kristallarının həcmi 0,2-2,5 mm olmalıdır.
Rəngi ağ, sarımtıl, parıltılı olmalıdır. Dadı təmiz şirin olmaqla, kənar dad və iy verməməlidir. Keyfiyyətli şəkər tozu suda tam həll olmalı və çöküntü verməməlidir. Şəkər tozunda nəmin kütlə hissəsi 0.14 %-dən daha çox olmamalıdır. Quru maddə baxımından saxarozanın kütlə hissəsi isə 99,75 %-dən az olmamalıdır. Şəkər tozunda reduksiyaedici  maddələrin kütlə payı 0.05 %-dən daha çox təşkil etməməlidir.
Ümumiyyətlə, məhsulun toz şəkər və quru dənəvər formaları olur. Toz şəkər saxaroza kristallarından ibarətdir. Ölçüləri vahid, nizamlı formalı və parıldayan olmalıdır. Quru dənəvər şəkərin və onun sulu məhlulunun qoxusu yoxdur və suda tam həll olunur. Əgər suda həll etdikdən sonra suyun rəngi dəyişirsə, çöküntü yaranırsa, bu şəkər rafinasiya olunmamış, yəni saflaşdırılmamış (keyfiyyətsiz) məhsul sayılır.
Şəkər tozu nəmliyə məruz qalmamalıdır, düzgün temperaturda saxlanmalıdır. Məhsulun keyfiyyətinin aşağı düşməsinə mal qonşuluğu prinsipinin pozulması da ciddi təsir edir. Mal qonşuluğu prinsipinin başlıca şərti qida məhsullarının fərdi xüsusiyyətlərini və uyğunluqlarını mümkün qədər nəzərə alıb, onları münasib şəraitdə saxlamaqdır. Belə ki, şəkər məhsulunu yaxşı havalandırılan, quru otaqlarda saxlamaq məqsədəuyğundur. Rəflərdə kimyəvi maddələr və digər qeyri-ərzaq məhsulları ilə birlikdə saxlanılmamalıdır. Həmçinin kəskin qoxulu məhsullardan ayrı saxlanılması tövsiyə olunur.
Qida rasionumuzun əsasını təşkil edən məhsullardan olsa da, şəkərin normadan artıq qəbulu sağlamlığımız üçün təhlükəlidir. Təsadüfi deyil ki, şəkər tozunu "ağ ölüm" də adlandırırlar. Bir çox xəstəliklərin meydana gəlməsinə, xüsusilə də artıq çəki və diabetin yaranmasına səbəb olur. Eyni zamanda xroniki xəstəliklərə yol açır. Şəkərdən həddən artıq istifadə immun sistemini zəiflədir, nəticədə orqanizm xəstəliklərə qarşı mübarizədə müqavimətini itirir. Mütəxəssislər orqanizmin şəkərə olan tələbatını təbii qidalardan almağı tövsiyə edirlər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1656   Tarix: 13 dekabr 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

kosmetika mehsullari geyim dəbləri adlarin menasi mütləq bilməlisiniz xəmir reseptləri marqarita pizza paxla cigirtmasi kosmetika sirniyatlar bahar burclər oğlaq suni mayalanma