Şəkər xəstələrində diabetik ayaq sindromu bəlası
Hazırda bütün dünyada şəkərli diabet və onun təhlükəli ağırlaşması olan diabetik ayaq sindromunun artım tempi qeyd edilməkdədir. Diabetik ayaq yarası şəkər xəstəliyinin uzun müddət davam etməsi nəticəsində meydana gələn kəskin və ya xroniki yara növlərindan biridir.
Milli.Az xəbər verir ki, həkim-cərrah, tibb üzrə fəlsəfə doktoru İlqar Ömərov bildirib ki, bu xəstəliyin əsas səbəbi şəkər xəstəliyi olsa da, sinirlərin, qan damarlarının və sümüklərin zədələnməsi səbəbindən əmələ gəlir. Diabetik ayaq yarası hər bir yaşda müşahidə oluna bilər, lakin yaşlandıqca bu risk daha da artır. Aparılan araşdırmalara görə, hər 5 şəkər xəstəsindən biri yara riski ilə qarşı-qarşıya qalır.
Həkimin sözlərinə görə, diabetik ayaq sindromunun standart müalicəsi risk faktorlarının aradan qaldırılmasına, qlikemiyanın normallaşmasına, perfuziyanın yaxşılaşdırılmasına, təkrar nekroektomiyaların aparılmasına, rasional antibakterial terapiyanın tətbiqinə, immunokorreksiyaya, metobolitik proseslərin yaxşılaşdırılmasına, yaraya müxtəlif növ sarğıların qoyulmasına, eləcə də onun farmakoterapiyasına və ayağın yükdən azad edilməsinə və s. əsaslanır.
Bu səbəbdən son zamanlar diabetik yaraların müalicəsi üçün böyümə faktorlarından istifadəyə, gen və hüceyrə terapiyasına əsaslanan yeni yanaşmalar işlənilib hazırlanır. /medicina.az
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi