Şəkər xəstələrində hansı göz problemləri yaranır?

Şəkər xəstələrində hansı göz problemləri yaranır?Şəkərli diabet xəstəliyinin ən çox gözləri zədələdiyi barədə fikirlər səslənir. Hesab olunur ki, şəkərli diabet xəstəliyi varsa, mütləq gözlərdə də problem yaranır. Bir çox hallarda şəkərli diabet xəstəliyi məhz göz müayinəsi zamanı aşkarlanır.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyevanın dediyinə görə, şəkərli diabet xəstələrinin statistik saylarının daimi artdığını nəzərə alaraq, bu xəstəliyin oftalmoloji fəsadlarından məlumatlı olmaq vacibdir. Belə ki, görmədə zəifləmə, qara nöqtələri yaxud ləkələri görmə şikayətləriylə oftalmoloqa şəkərli diabetdə şübhələnmədən müraciət edən pasientlər az deyil. Müayinə zamanı göz dibindəki dəyişiklikləri aşkar edən oftalmoloq diaqnoz qoyub, pasienti endokrinoloqa yönləndirir. Onun sözlərinə görə, korluğa səbəb olan xəstəliklər siyahısında ön sırada olan Diabetik Retinopatiya (DR) retinanın (Göz dibi) damarlarının: arteriola və venulaların divarlarında baş verən dəyişiklər, işemiya fonunda yaranır. İstər I tip ŞD, istərsə də II tip ŞD xəstələrində bu patologiya müşahidə oluna bilər. Hamiləlik, hipertoniya xəstəliyi, siqaret istifadəsi, kataraktanın cərrahi müalicəsi xəstəliyi sürətləndirən faktorlardır.
Kapilyar-damar divarında baş verən dəyişikliklərdən asılı olaraq şəkərli diabetli xəstələrin göz dibində hemorragiya (qansızma), sərt və ya yumşaq eksudatlar (sinir liflərinin infarktı), neovaskulyarizasiya (yeni yaranmış patoloji damarlar), mikroanevrizmalar, ödem izlənilir. Proliferativ və non-proliferativ olmaqla diabetik retinopatiya (DR) 2 qrupa bölünür. 10-12 ildən sonra l tip şəkərli diabet diaqnozu qoyulmuş şəxslərin 50%-ində proliferativ diabetik retinopatiya izlənilir. II tip şəkərli diabet xəstələrində bu faiz nisbətən aşağıdır.
Non PDR ilkin mərhələlərində göz dibi toxumalarındakı işemiyaya reaksiya olaraq mikroanevrizmalar yaranır, müəyyən müddətdən sonra bu damarlardan qansızmalar və eksudatlar inkişaf edir. Proliferativ diabetic retinopatiya isə növbəti mərhələ kimi neovaskulyarizasiya ilə xarakterizə olunur. Xəstəliyin inkişaf etmiş mərhələlərində bu patoloji damarlardan vitreal boşluğa (şüşəvari cismə) qansızma, fibroz membranlar və ağırlaşma kimi tort qişa (retina) qopması halları rast gəlinir. PDR daha çox gənclərdə rast gəlinir, ağır və sürətli gedişatı, pis proqnoz ilə seçilir.
Dibateik retinopatiya mənzərəsi hipertoniya xəstəliyi, ateroskleroz, nefropatiya kimi yanaşı gedən xəstəliklər fonunda daha da aqressiv keçir. Diabetik retinopatiya 15-20 il ərzində stabil inkişaf etdiyi halda xoşxassəli sayılır.
Müalicəsi patogenetik (yani karbohidrat, yağ və zülal  mübadiləsi tənzim olunması ilə) və simptomatik (klinik əlamətlər və ağırlaşmaların aradan qaldırılması və profilaktikası ilə) aparılır. Ən əsas diabetin və əgər varsa təzyiqin requlyasiyasıdır. DR müalicəsində ən effektli müalicə üsulu Iazerkoaqulyasiyadır. Retinaya lazer"yanığı" etməklə qansızmaların, patoloji damarların inkişafının, fibroz toxuma inkişafının qarşısı alınır. Mərhələsindən və ağırlaşmalardan asılı olaraq anti-VEGF inyeksiyalar və cərrahi müdaxilələr də tətbiq edilə bilər.
Oftalmoloq onu da deyib ki, diabetik retinopatiyadan başqa şəkərli diabet xəstələrində katarakta, neovaskulyar qlaukoma, keratopatiya, eroziya və xoralar, blefaritlər, "it dirsəyi", iridosiklit, bəzən hətta gözün hərəki sinirinin zədələnməsi də müşahidə olunur. Onun sözlərinə görə, bütün hallarda qanda şəkərin kontrol və stabilliyi, düzgün müalicə, mütəmadi göz dibi müayinəsi tələb olunur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1209   Tarix: 28 iyun 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

hamiləlik yaz geyimleri 2026 geyim şəkilləri geyim kombinləri kişi sonsuzluğu vətən haqqında bayatı bal maskasi uz ucun kosmetika namiq qaraçuxurlu uzeyir xərçəng bürcü lakonizm arıqla