Şəkərli diabet: hansı qidaları yemək olmaz

Şəkərli diabet: hansı qidaları yemək olmazBeləliklə, şəkərli diabet xəstəliyi olan insan qidalanmada bu kimi ümumi qaydalara riayət etməlidir:

— Ac qalmaq olmaz. Bu qanda şəkərin kəskin enməsinə səbəb ola bilər ki, bunun nəticəsində xəstə koma vəziyyətinə düşə bilər.

— Qidanı gündə 5-6 dəfə olmaqla kiçik porsiyalarla qəbul etmək lazımdır.

— Adi şəkər və fruktoza qidalanmadan tam çıxarılmalıdır. Tərkibində şəkər və fruktoza olan qənnadı məmulatları da belə xəstələr üçün əks-göstərişdir. Nəzərinizə çatdıraq ki, dükanlarda satılan xüsusi diabetik məhsulları arasında tərkibində fruktoza olan mallar da var. Hal hazırda fruktoza da diabet xəstələri üçün uyğun məhsul sayılmır. Tərkibində xüsusi şəkər əvəzediciləri olan (sorbit, ksilit, aspartam, saxarin və s.) məhsullar da şəkərli diabet xəstələri üçün tam ziyansız adlandırmaq olmaz. Bu məhsullar kiçik miqdarlarda və yalnız nadir hallarda qəbul edilə bilər.

Konfetlər, peçenye, mürəbbə, djem, şokolad, dondurma qidalanmadan çıxarılır. Bal çox faydalı məhsuldur. Lakin diabet xəstələri bu məhsuldan imtina etməlidir.

— Yağlı və qat-qat xəmirdən hazırlanmış un məmulatları (bulka, pirojki, pirojnalar və s.), yağlı kremlərlə olan tortlar və pirojnalar, milli şirniyyatlarımız qəti şəkildə əks-göstərişdir.

— Təbii meyvə şirələri qidalanmadan tam çıxarılmalıdır. Dükanlarda satılan və hətta bağlamada "şəkərsiz" yazısı olan şirələri də qəbul etmək olmaz.

— Meyvələri gün ərzində 200-300 qr olmaqla qəbul etmək olar. Meyvə və giləmeyvələri (şirin olmayan alma, portağal, narıngi, nar, heyva, qarağat, albalı) əsas qida qəbullardan ayrı, qida qəbulları arasında yemək olar. Banan, üzüm, əncir, xurma, yemiş, quru meyvələr qidalanmadan çıxarılır.

— Makaron, sıyıqları (manna sıyıqdan əlavə) qəbul etmək olar. Makaron yalnız buğdanın bərk növlərindən ("из твердых сортов пшеницы") ola bilər. Sıyıqların arasında qarabaşaq və yulaf yarmasından hazırlanmış sıyıqlar xüsusilə xeyirlidir.

— Ət, toyuq, balıq şəkərli diabet xəstənin pəhrizində mütləq olmalıdır. Lakin onlar yağsız olmalıdır. Yağlı ət bulyonları qidalanmadan çıxarılmalıdır. Toyuğun dərisini yemək olmaz.

— 1 həftədə 2 yumurta (bişmiş və ya omlet şəklində) qəbul etmək olar.

— Kolbasa, sosiska və s. bu kimi məhsullar (hətta ən az yağlı növləri) qidalanmadan tam çıxarılır.

— Süd məhsulları (süd, kəsmik, kefir, qatıq, pendir) arasında yalnız yağlılığı az olanları seçmək lazımdır. Xama, qaymaq, mayonez, marqarin kimi məhsullar qidalanmadan çıxarılır. Kərə yağı yalnız çox kiçik miqdarlarda qəbul etmək olar.

— Bitki yağları (zeytun, qarğıdalı, günəbaxan) qəbul etmək olar. Lakin onların qəbulu da gündə bir neçə xörək qaşığına kimi məhdudlaşdırılır.

— Bütün qidalar suda bişmiş və ya buğda hazırlanmış şəkildə olmalıdır. Qızarmış qidaları qəbul etmək olmaz.

— Duzlu, acı, konservləşdirilmiş, hisə verilmiş qidalar qidalanmadan çıxarılır.

— Tərəvəzləri hər qida qəbulunda yemək olar. Kartofun qəbulunu kəskin məhdudlaşdırmaq lazımdır. Xiyar, yunan qabağı, badımcan, kələm, göbələk, soğan, pomidor, göyərti xeyirlidir.

— Spirtli içkilər şəkərli diabet xəstələri üçün əks-göstərişdir.

— Qara çörək qəbul etmək olar. Ağ çörək əks-göstərişdir.//kayzen.az

Sağlamlıq     Baxılıb: 2578   Tarix: 24 noyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

turlar.az

adlarin menasi donlar 2026 geyim şəkilləri uz maskalari qadinlar haqqinda maraqli melumatlar kişi xəyanəti yoğun bağırsaq xəstəlikləri kosmetika faydalı maskalar opusme uşaq nece olur vətən həsrəti hekaye janri