Selektiv abortlar həm təhlükəli, həm də qanunsuzdur

Selektiv abortlar həm təhlükəli, həm də qanunsuzdurAbort bir cərrahi müdaxilə olduğuna görə bu əməliyyatdan sonra ağırlaşma ehtimalları var. Bu o demək deyil ki, hər abort qadına ziyandır. Hər müdaxilədə olduğu kimi, burda da 1-2% də olsa, infeksiya, qanaxma, orqan zədələnməsi və ya ölümcül hallar müşahidə etmək mümkündür.
Milli.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında ginekoloq Rəşad Sultan ölkəmizdə artan selektiv abortlarla bağlı danışarkən deyib.
Ginekoloq bildirib ki, selektiv abortlar həm etik, həm hüquqi, həm də tibbi cəhətdən yolverilməzdir:
"Ölkəmizdə aborta 12 həftəyə qədər icazə verilir. Çünki hamiləlik həftəsi artdıqca tibbi risklər çoxalır. Məsələ də burasındadır ki, uşağın cinsiyyətini 12 həftədən öncə müəyyən etmək mümkün deyil. Deməli, cinsiyyətə görə selektiv abortlar 12 həftədən sonra edilir ki, bu da qanunun pozulması deməkdir. Yəni bunu edən həkim də, bunu etdirən ailə də qanunu pozmuş olur".
Psixoloq Ülviyyə Murtuzova isə bildirib ki, uşaq dünyaya gəlmədən cinsi seçim etmək sadəcə cahillikdir:
"Bu, məsuliyyətdən və öhdəlikdən geri çəkilməkdir. Biz cinsiyyət seçimində ailənin, həyat yoldaşın istəyini nəzərə alırıq. Bunun kökündə qadınlar dayanmır. Oğlan uşaqlarının gəlişini toy-bayram edən bölgələrimiz var. Bunu yaşayan və görən qadınlarımız çarəni qız uşağını tələf etməkdə görür".
Murtuzova qeyd edib ki, qadının dünyaya gətirdiyi oğlan və qız uşağının cinsiyyətini tənzimləyən funksiya məhz kişilərdə formalaşır:
"Bunu anlamayan dar düşüncəli, cahil insanların qurbanları da həmin xanımların acınacaqlı həyatı və dünyaya gələ bilməyən körpələrdir. Hər zaman söyləyirik, bunlara birbaşa qadağa qoyulmalıdır. Bunu edəni deyil, etməyə məcbur edəni məsuliyyətə cəlb etmək lazımdır. Bu insan qətlidir. İnsanın məhvi deməkdir".
Milli.Az 

Xəbərlər     Baxılıb: 1116   Tarix: 30 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

turlar.az

maskalar donlar 2026 yay geyimləri 2026 kesəriyyə elm ve bilik haqqinda atalar sözləri bagirsaqlari temizlemek ucun hakışta kosmetika dolca vidyolar qizlar baldiza aid bayatilar