Sən Cavanşirin "Avroviziya"ya getməsini dərk edə bilmirsənsə, gəl otur, səni başa salım
"Avroviziya"ya getsəm, böyük komanda ilə getməliyəm. Mənimlə bərabər "Natiq" ritm qrupu da olmalıdır. Mən getməyim, Xalq artisti Alim Qasımov getsin. Alim olmasın, Manana Caparidze olsun…".
Bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu "Xəbər-ətər" səhər şousunda deyib.
Sənətçi onu sosial şəbəkələrdə "Avroviziya" beynəlxalq mahnı yarışmasına getməsini ələ salanları "ağ yuyub, qara sərib".
"Sən əgər Cavanşir Məmmədovun "Avroviziya"ya getməsini dərk edə bilmirsənsə, gəl otur, səni başa salım. Özümdəki o istedadı bilirəm. 1990-ci ildən bəri dəbdə olan sənətkaram. İndiyə kimi nə qədər "Avroviziya"lar görmüşəm?! Hər toy "Avroviziya" kimi bir şeydir. Sən durub məni müzakirə edə bilməzsən".
Qeyd edək ki, C.Məmmədov "Elgizlə izlə" ictimai-sosial verilişdə duet ortağı Əməkdar artist Firüzə İbadova ilə ölkəmizi "Avroviziya"ya yarışmasında təmsil etmək istəyi ona baha başa gəlib. Mövzu sosial şəbəkələrə yayıldıqdan sonra Əməkdar artisti izləyicilər tənqid ediblər.









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı