Səpkilərdən xilas olmağın ən asan yolu
Dəridəki problemlər bir çox qadınları narahat edən məqamlardandır.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, yaş maya (quru maya da ola bilər) və süd vasitəsi ilə üzünüzdəki sızanaqlardan qısa zamanda xilas ola bilərsiniz.
Hazırlanma qaydası:
1 yemək qaşığı süd ilə 1 yemək qaşığı mayanı qarışdırın. Məhlulu üzünüzdə quruyanadək saxlayın. Daha sonra masaj edərək, dərinizi ilıq su ilə durulayın.
Maskanı həftədə iki dəfə istifadə etmək olar.
Milli.Az /news.milli.az