"Səs Uşaqlar"ın final mərhələsinin vaxtı uzadıldı

"Səs Uşaqlar"ın final mərhələsinin vaxtı uzadıldıİctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) pandemiya səbəbindən bir sıra layihələrinin formatına dəyişiklik edib.
İTV-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Aynurə Asimqızının Open.az-a verdiyi məlumata görə, bunlardan da biri yüzlərlə tamaşaçı auditoriyası olan məşhur "Səs Uşaqlar" müsabiqəsidir.
Böyük izləyici kütləsi ilə reallaşan müsabiqənin final mərhələsinin vaxtı Operativ Qərargahın verdiyi qərara əsasən karantin qaydalarına uyğun olaraq dəyişdirilib. Layihənin Azərbaycan üzrə yayım hüququnun müəllifi İTV və layihənin müəllifi olan "Talpa Global B.V" şirkətləri arasında aparılan danışıqlara əsasən "Səs Uşaqlar"ın final mərhələsinin vaxtı il sonuna qədər uzadılıb.
Hazırda müsabiqənin beynəlxalq finalçıları - Yalkı Saka (Türkiyə) və Adelina Bayseupovanın (Rusiya) ölkəmizə gəliş imkanları barədə danışıqlar aparılır. Pandemiya səbəbilə karantin qaydaları yumuşaldılacağı təqdirdə beynəlxalq finalçılar Azərbaycana gəliş imkanı əldə edəcək və müsabiqənin finalı reallaşdırılacaq.
Bundan əlavə, İTV həm də paralel olaraq böyüklər üçün "Səs Azərbaycan" layihəsinin qeydiyyatına start verib ki, böyüklərin qatılacağı seçim turunun da "Səs Uşaqlar"a maneəsi yoxdur. Belə ki, hazırda böyüklər üçün ilkin mərhələ olan seçim turudur ki, bu da video formatında həyata keçirilir. Növbəti mərhələlərdə isə müsabiqənin yaradıcı qrupu tərəfindən həm ustadlar, həm də layihənin aparıcısı müəyyən ediləcək və bu barədə "Səs" sevərlərə ətraflı məlumat veriləcəkdir.
Qeyd edək ki, səsinə və özünə güvənən, yaşı 16-65 aralığında olan hər kəs öz ifasını video formatında çəkib (051) 255 44 44 nömrəsinə "whatsapp" vasitəsilə göndərə və ya www.itv.az saytında müvafiq bölməyə yükləyərək qatıla bilərlər.

Şou Biznes     Baxılıb: 1643   Tarix: 13 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

.

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

.

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

.

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

.

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

.

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

.

Nev vəfat etdi

Türkiyəli məşhur müğənni Nevzat Doğansoy (Nev) vəfat edib. Bu haqda xəbəri sənətçinin meneceri İlker Ercan açıqlayıb. 57 yaşlı sənətçi qaraciyər xəstəliyinə görə müalicə alırdı. Qeyd edək ki, Nev 200-ci illərdə iz qoymu

.

Ömürlük həbs hökmünün detalları açıqlandı

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Yalova Ağır Cinayətlər Məhkəməsini

turlar.az

toy makiyajlari kosmetik vasiteler həkim məsləhəti aybaşı bal şəfadı gil maskalari veten haqqinda atalar sozleri kosmetika sekisler maska novruz bayramina aid hakisdalar novruz hakistalari rus dili 2ci ders