Sevən insan qısqanmalıdırmı?

Sevən insan qısqanmalıdırmı?Qısqanclıq sevdiyini itirmək, tərk edilmək qorxusudur.

Bu duyğu bəzən elə hakim kəsilir ki, insan özü də bilmədən yersiz hərəkətlər edir, sevdiyinin qəlbini qırır. Qısqanclıq səbəbindən itirmək istəmədiyi sevgilisini itirən, qısqanclıqları ilə həyat yoldaşını bezdirən və məhz bu səbəbdən tərk edilən yüzlərlə insan var. Qısqanclıq insanı cinayət işləyib, sevdiyi şəxsin qatilinə çevirəcək dərəcədə dəli edə bilər.

Ən qədim zamanlardan bəri münasibətlərin pozulmasının əsas səbəblərindən biri olan qısqanclıq haqqında türkiyəli ailə terapevti Cem Keçə maraqlı məqalə yazıb.

Qısqanclıq qarışıq psixoloji vəziyyətdir

Qısqanclıq sevdiyini itirmək qorxusu, güvənsizlik, qayğı, əsəb, çarəsizlikdən doğan, insanı bədbəxt edən qarışıq psixoloji vəziyyətdir.

Təkamül nəzəriyyəsinə əsaslansaq, qısqaclığın partnyoru ətraf mühitdən gələn təhlükələrə qarşı qorunmaq instinkti olduğunu deyə bilərik.

Bu, təbii instinktdir - partnyoru itirmək təhlükəsinə qarşı verdiyimiz reaksiyadır.

Psixoloqlar qısqanclığa səbəb olan faktorları, sosioloqlar əsas verən inancları və adət-ənənələri araşdırırlar.

Digər tərəfdən, sənətçilər rəsm, film, musiqi və şeir vasitəsilə qısqanclığın səbəblərini və nəticələrini insanlara çatdırırlar.

Qısqanclığın 3 növü

Qısqanclıq sevgi qədər güclü hissdir.

Cütlüklər arasında yaranan problemləri nəzərə alaraq qısqanclığı 3 növə ayıra bilərik:

1.Qısqananın xüsusiyyətindən qaynaqlanan qısqanclıq:

Qısqanan insanın özünəinamı yoxdursa, bədənini bəyənmirsə, görkəmindən narazıdırsa, bu insan heç bir səbəb olmadan da qısqanclıq edə bilər.

2.Qısqanılan şəxsin bəzi xüsusiyyətlərindən qaynaqlanan qısqanclıq:

Əgər gözəl və ya yaraşıqlısınızsa, insanlarla qaynayıb-qarışmağı xoşlayırsınızsa, özünüzə fikir verir və dəblə ayaqlaşırsınızsa, qısqanılmaq ehtimalınız çoxdur. Araşdırmalar göstərib ki, yüksək rütbəli, zəngin, yaraşıqlı kişilər, həmçinin, gözəl, cazibədar qadınlar partnyorlarının qısqanclıqlarıyla tez-tez üzləşməli olurlar.

3.Patoloji qısqanclıq:

Patoloji qısqanclıq "Otello sindromu" da adlandırılır. Hər şeydən şübhələnən, vasvası insanlar patoloji qısqanclıq xəstəliyinə yaxalanırlar.

Bu problem kişilərdə daha çox müşahidə edilir.

Belə kişi həyat yoldaşının və ya sevgilisinin atdığı hər addıma qarışır, onun həyatını idarə etməyə çalışır.

Qadına qarşı fiziki güc tətbiq edən kişilərin çoxu patoloji qısqanclıq xəstəliyinin pəncəsinə keçənlərdir.

Cinsiyyət fərqi qısqanclıqda da özünü göstərir

Qadınlar və kişilər fərqli səbəblərdən qısqanclıq keçirə bilərlər.

Bu mövzuda Amerikada aparılan bir araşdırma zamanı fərqli yaş qruplarında olan, təhsil və gəlir səviyyələri fərqlənən yüzlərlə insana aşağıdakı sual verilib:

Bunlardan hansı sizi daha çox əsəbiləşdirər?

Həyat yoldaşınız başqa biri ilə cinsi əlaqəyə girir, ancaq onu sevmir.
Həyat yoldaşınız başqasını sevir, amma onunla cinsi əlaqəyə girmir.

Kişilərin 54 faizi, qadınların isə 35 faizi A variantını seçib.

Bu test sübut edir ki, qadın və kişinin hadisələrə baxış bucağı fərqlidir və bu fərq qısqanclığa səbəb olan amillərdə də özünü göstərir.

Qadın hər zamankı kimi duyğusal bağlılığa, kişi isə seksə önəm verir.

Qısqanclıq keçirən qadınla kişinin reaksiyası da fərqli olur. Qadınlar, adətən, qışqırır, mübahisə edir, əsəbiləşir. Yəni, passiv xarakterli reaksiya göstərir. Kişilər isə təhdid edir, hətta əl qaldırır. Fiziki güc tətbiq etməyə meyilli kişi cinayətə də əl ata bilər.

Sevən qısqanarmı?

Ənənəvi "Sevən insan qısqanar" ifadəsi çox vaxt insanları yanlış istiqamətə yönəldir. Qısqanılan qadın sevildiyini düşünür. Halbuki, onun həyatı çərçivəyə salınır, qəfəsdəki bülbülə, dibçəkdəki gülə dönür.

Qısqanılan kişi isə qadından fərqli olaraq bezdiyini ifadə edir.

Düzdür, zarafatla dilə gətirilən qısqanclıq münasibətlərə yaxşı təsir edə bilər.

Ancaq unutmayın ki, hər şeyin çoxu zərərlidir.

Ona görə də, həyat yoldaşınıza dəyər verdiyinizi, onu sevdiyinizi göstərməyin başqa yollarını tapın, həyatı ona zəhər etməyin.

Qısqanclıqla mübarizə yolları

Aşağıdakı məsləhətlərə əməl edərək həm partnyorunuzu, həm də özünüzü qısqanclığın mənfi nəticələrindən qoruya bilərsiniz:

1.Qısqanc olduğunuzu qəbul edin.

Qısqanclıqla mübarizə aparmaq üçün ilk addım qısqanc olduğunuzu qəbul etməkdir.

Əgər əlinizdə heç bir dəlil, sübut olmadan yersiz qısqanclıq edirsinizsə, bu adətinizi tərgidin.

2.Empatiya qurun

Qısqanclıq edərək dediyiniz sözlərin, davranışlarınızın sevdiyiniz insana necə təsir etdiyinə nəzər yetirin.

Özünüzü onun yerinə qoyun.

3.Özünüzlə mübarizə aparın.

Qısqanclıq hiss etdikdə, əvvəlcə heç bir reaksiya verməyin. Tək qalın və qısqanclığınıza səbəb olan məsələni dərindən düşünün. Beş dəqiqə sonra qısqanclığınızın mənasız olduğunu başa düşəcək və bunu partnyorunuza hiss etdirməyə ehtiyac görməyəcəksiniz.

4. Üzr istəyin

Qısqanclıq səbəbilə özünüzdən çıxaraq partnyorunuzun qəlbini qıracaq hər hansı hərəkətə yol vermisinizsə, üzr istəyin.

Üzr istəməyi bacarmaq çox önəmlidir. Hər insan səhv edə bilər. Əsas odur ki, səhvi başa düşüb, peşman olsun və bunu dilə gətirməyi bacarsın.

Əgər bu üsullar sizin qısqanclığınızı nəzarət altında saxlamağa kifayət etmirsə, o zaman professional kömək alın. Yəni, bir psixoloqla görüşün.

Nəticədə onu deyə bilərəm ki, qısqanclıq ədviyyat kimidir, azı dad qatır, çoxu isə zərər verir.

Sevin, sevilin, əsassız səbəblərdən sevginizə kölgə salmayın.

Ailə və Uşaq     Baxılıb: 1930   Tarix: 26 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

turlar.az

qadin dunyasi hamilelikde qidalanma toy gecesi vaginal quruluq oğlanlar necə qızları sevirlər sanamalar kəpək kosmetika həsən bəy zərdabi geyim aysel damla sirin qogal