Sevgi, yoxsa məntiq evliliyi?

Sevgi, yoxsa məntiq evliliyi?Xoşbəxt olan o kəslərdir ki, həyatda yarını tapmış olsunlar.

Deyirlər, insan həyatda iki şeyi seçərkən diqqətli olmalıdır ki, gələcəkdə peşmanlıq çəkməsin. Bunlardan biri ixtisas, digəri isə həyat yoldaşı seçimidir. Birinci yanlışı düzəltmək mümkündürsə, ikincini düzəltmək bir qədər çətin məsələdir. Bu səbəbdən də həyat yoldaşı seçimini mümkün qədər diqqətli etmək lazımdır.

Bəs, evlilikdə məntiqimizi, yoxsa ürəyimizi dinləməyilik?

ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı süjet hazırlanıb.

Sakin: "Ürək hər zaman insanı yanıldır, mütləq və mütləq məntiq evliliyi. Təhsil alıb, sənət seçib ondan sonra ailə qura bilər".

Sakin: "Təhsil alıb, ev alıb, ondan sonra evlənmək, ailə qurmaq lazımdır".

Sakin: "Ağıl da olmalıdır, sevgi də olmalıdır. Səbr, dözüm, inam, hər şey olmalıdır".

Evlilik ciddi addımdır, istər oğlan, istərsə də qız ailə qurarkən özünü bu məsuliyyətə hazır hiss etməli və özünə ən uyğun olan seçimi etməlidir.

Elvüsal Məmmədov – Sosioloq: "İstər ailədə, istərsə də yerli mühit onu psixoloji cəhətdən evliliyə hazırlayır. Əksər hallarda bu cür evliliklər xoşbəxtliklə tamamlanır".

Vəfa Əkbər – Psixoloq: "Müəyyən bir yaş dövrü var ki, o yaşadək insan yalnız öz üzərində çalışmalıdır və özünü tanımalıdır. Bu da 20 yaşdan sonraya düşür. 20 yaşadək qurulan bütün ailələr sadəcə instiklər, duyğular hətta yanılmalar üzərində qurulur".

Ailədə məsuliyyət, xüsusilə də maddi yük kişilərin üzərinə düşür.

Elvüsal Məmmədov – Sosioloq: "Ailə üçün minimum nə tələb olunursa, yaxşı olardı ki, oğlan uşaqları bunu özləri üçün təmin etsinlər, ondan sonra ailə qursunlar. Xüsusən də şəhər mühitində təhsilin alınmağı, yaxşı işin tapılması evlilikdən qabaq görüləcək mühüm addımlardır".

Psixoloqlar hesab edirlər ki, könül sevən göyçək olmaqla deyil, xoşbəxt olan o kəslərdir ki, həyatda yarını tapmış olsunlar.

Vəfa Əkbər – Psixoloq: "Nə zaman ki özlərinin dünyagörüşlərini həqiqətən də doğru formalaşdığını və çevrəsinin artıq istədiyi kimi olduğunu gördükdə o zaman özünə uyğun, özünə xas və eyni psixoloji yaşda olan insanla evlənsə, o münasibət daha möhkəm olar, daha uzun müddətli olar".

Ailə müqəddəsdir, bu dəyərə sahib olmaq, onu qorumaq məsuliyyət tələb edir. Bunun üçün sağlam seçim etmək, gələcəyinizi etibar edəcəyiniz doğru adamı tapmaq isə olduqca vacibdir.

Maraqlı     Baxılıb: 3162   Tarix: 03 aprel 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

.

31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub. xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Nigar Adilova ali məktəbin Beynəlxalq əlaqələ

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

.

Bu xanımlara yüksək vəzifələr verildi

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib. . xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

turlar.az

toy makiyaji sekilleri yaz geyimleri 2026 reseptler geyim necə seçməli qızartma eroziya xesteliyi gavali murebbesi kosmetika cantalar bayatı faydalı maskalar brusell bakteriyası maya maskasi