Sevgilisindən ayrılanlar oxusun - PSİXOLOJİ YANAŞMA

Sevgilisindən ayrılanlar oxusun - PSİXOLOJİ YANAŞMASevgi - bəzən qarşılıqlı, bəzən platonik; bəzən ağrılı, bəzən sevincli; bəzən göz yaşı, bəzən isə çox yüngül bir təbəssüm...

Sevgi kainatın möhtəşəm gözəllik və nizam içində yaradıldığı zamandan bəri mövcuddur. İlk insanla birlikdə insanlar arasında ən rəngli, ən zövqlü, ən zəngin bir duyğudur eşq. İnsanları gözü bağlı cəzb edən bu sirr kürəsi çox şirindir, çox gözəldir və çox zövq vericidir...

Sevgi özü ilə birlikdə sahiblənməyi gətirir, sahib olduğumuz şeyləri itirməksə ağrı verir. Aşiq olduğumuz zaman sevdiyimiz insanı o qədər sahiblənirik ki, ayrılığı ölüm kimi qiymətləndiririk. Sevgilidən uzaqlaşma ölümə məhkumluğu yaşadır. Sevgini bir növ siqaretə bənzətmək olar: asılılıq yaradan bütün maddələr kimi yoxluq vəziyyətində sevən insana əzab verir.
Hər ayrılıq sonrası sancılı bir müddətdir. Bir münasibəti davam etdirmək adına göstərdiyimiz cəhdlərin və gələcək üçün qurduğumuz xəyalların birdən sonlanması bizi dərin boşluğa atır. Həyatda ən dəyərli varlığımızı itirmiş kimi hiss edirik. Sanki sahib olduğumuz tək dəyərli şey odur və bir daha heç vaxt əldə edə bilməyəcəyik kimi düşünürük.
Ayrılıqdan sonra hiss olunan dərin boşluq o qədər narahat edicidir ki, ayrılıq kədərini yüngülləşdirmək, sakitləşdirmək və sevgi əzabından xilas olmaq üçün hər şey etməyə çalışırıq. Əksər insanlar bu vəziyyətdə özünü çox gücsüz və çarəsiz hiss edir, bu kədərin heç vaxt bitməyəcəyini düşünür. Bəzən onu geri qazanmaq istəyirik, amma edə bilməyəcəyimizi anlayırıq.

Bu halda nə etmək olar? Necə edək ki, bu əzabdan qurtulaq?

İlk növbədə özünüzü mühakimə edin; "Mən niyə bu qədər qəmginəm? Məndə nə əskikdir? Yoxsa özümü dəyərsizmi hiss edirəm?"
Çəkdiyimiz ağrılar problemlərimizi görməyə kömək edir. Duyğularımız isə hərəkətə keçməyimiz üçün avtomatik siqnal rolunu oynayır. Necə ki, bədənimizdə hiss etdiyimiz ağrı bizə xəstəliklərin siqnalını verir, yaşadığımız kədər dolu duyğular da bir şeyin qaydasında getmədiyi haqqında siqnallar ötürür. O siqnallara diqqət yetirmək lazımdır, çünki bu zaman özümüzü dəyişdirmə yoluna giririk. Əgər ağrı varsa, o zaman dəyişmə tələbata çevrilir.
İlk öncə sizin üçün vacib olanları müəyyənləşdirin. Nə istədiyinizi araşdırın. Həyatınızı necə bir insanla davam etdirmək istərdiniz? Əsas vacib və çətin məsələ qərar qəbul etməkdir. Əgər o insanla ömrünüzü davam etdirə biləcəyinizi düşünürsünüzsə, onda bütün problemlərinizi həll etməyə çalışın. Əgər ayrılmağa qərar vermisinizsə, o zaman ayrılığın yaratdığı fəsadları ortadan qaldırın.

Ayrılıq acısından necə xilas ola bilərik?

1) Bunun keçici proses olduğuna özünü inandırmaq

İlk növbədə özünüzü prosesin keçəcəyinə inandırın, çünki insan hər şeyi unudur və heç bir kədər boşuna olmaz. Əgər o hüznün içində hədiyyəni görməyi seçsəniz, sizə çox şey öyrədəcək. Afrika atalar sözünə əsasən: "Hər tragediya digər əlində hədiyyə ilə gəlir; amma biz kədərlə o qədər məşğul oluruq ki, verilən mükafatı görmürük, o da gəldiyi kimi itib gedir".

2) Geri dönüş üçün ümidlənmə!

Hər tərk edilən, tərk edib gedənin səhvini başa düşəcəyini, peşman olacağını və bir gün geri qayıdacağını ümid edir. Çünki özü hələ sevir. Bu, qarşılıqsız sevginin ağırlığı altında əzilməkdir. Bu ağrını yaşayan insan elə düşünür ki, problemin həlli qarşı tərəfin geri dönməsi və münasibətlərin bərpasıdır. Onun da özünü sevdiyini, amma başqa şərtlərə görə getmək məcburiyyətində qaldığını düşünür. Lakin bilmək lazımdır ki, gedən geri qayıtmaz, çünki onun gedərkən səbəbləri var, geri dönəcəyi haqqında düşünürsən, ümid edirsənsə, heç vaxt unuda bilmərsən.

3) Hadisələrə qarşı adaptiv yanaşma

İnsanlar stəkanın boş tərəfini görməyə meyllidirlər, hələ üstəlik bu sevgi kədəri çəkdikləri zaman. Bir daha xoşbəxt olmayacağını, bir daha onun kimi birini tapa bilməyəcəyini düşünür. Halbuki onun xaricində hər kəs bunun yanlış olduğunu bilir. Hansısa bir hadisəyə neqativ baxarkən özünüzü düzəltməyə və müsbət yanaşmağa çalışın. Yaşadığın hadisələrə utanc qaynağı olaraq baxmaq yerinə onların səni daha da güclü etdiyinə fokuslanın. Etdiyin səhvlərə görə özünü cəzalandırmaq əvəzinə onlardan dərs almağa çalışın.

4) Keçmiş sevgilinizi günahlandırmayın

Ona olan bütün nifrətinizi yox edin. Nifrət vasitəsi ilə keçmiş sevgilinizlə enerji bağlantınızı saxlayacaqsınız, daima onu düşünəcəksiz və beləliklə, öz enerjinizi neqativ fikirlərə sərf etmiş olacaqsınız. Bu, sizə lazımdır?

5) Keçmişi və keçmiş sevgilinizi xatırladan hər şeydən azad olun

Onun verdiyi hədiyyələri, yazdığı mesajları, şəkillərini silin, birlikdə dinlədiyiniz mahnıları, baxdığınız kinoları unutmağa çalışın. Keçmiş gözəl anları xatırlamaq nə qədər yaxşıdırsa, ayrıldıqdan sonra onun üçün darıxmaq insanda neqativ duyğuların yaranmasına səbəb olur.

6) Özünü günahlandırma

Ayrıldıqdan sonra qarşı tərəfin yaşadıqlarını özünüzə aid edirsiniz, davamlı olaraq onu izləyərsiniz. Onun addımları ilə özünüzü yoxlayırsınız. Əgər o, pis olarsa, həyatına kimsəni almırsa xoşbəxt olur, özünüzü dəyərli hiss edirsiniz. Lakin o, çox xoşbəxtdirsə, sevgilisi varsa, özünüzü həm dəyərsiz hiss edər, həm də kədər içində olarsınız. Bunların tək səbəbi isə onu izləmək, ya da ondan daim xəbər almaqdır. Məsələn, ayrılandan sonra keçmiş sevgilinizin facebookda əyləncəli musiqi paylaşmasını sizə ünvanladığını hiss edər, romantik mahnı paylaşdığı zaman isə sizi unutmadığını düşünərsiniz. Halbuki bunların heç biri doğru olmaya bilər.

8) Yeni münasibətə hazırlıq

Çox vaxt bəzi insanlar ötən münasibətdə çətinliklər yaşadığı və bunların təkrarlanmasından qorxduğu üçün yeni münasibətə başlamaqdan qorxurlar. Çünki digər insanın da öncəki kimi onu tərk edəcəyindən çəkinirlər. Lakin situasiyaya psixoloji aspektdən yanaşanda görürük ki, əslində həmin insanlarda özlərinə qarşı güvən olmur.
Bəzi mənbələrdə qeyd olunur ki, öncəki münasibətin ağrısından qurtulmaq üçün yeni münasibətə başlayın. Lakin bu, doğru yanaşma deyil. Çünki insan keçmiş travmanı unutmayıbsa, gələcəyə köklənə bilməz. Əgər unuda bilmirsə, bu zaman keçmişdəki şəxsi yeni insanda axtarmağa çalışır, onun xüsusiyyətlərini həmin insanda formalaşdırmaq istəyir.

Bütün bunlardan qaçmaq üçün çalışın, keçmiş sevgilinizi ideal partnyor olaraq görməyin. Unutmayın ki, sizi xoşbəxt edəcək yeganə insan o deyil.

Həyat keçmişdə ilişib qalacaq qədər uzun deyil, çalışın bu günü və gələcəyi düşünün, sevin və sevilin!

Xəbərlər     Baxılıb: 1374   Tarix: 20 yanvar 2019
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Alçanı duzla yeməyin ziyanları

Yazın başlanğıcı ilə təbiət yenidən həyat tapır, ağaclar meyvə verir və ticarət məntəqələri müxtəlif növ meyvələrlə bəzənir. xəbər verir ki, hər mövsümün öz xüsusi məhsulları olsa da, yazın ən çox arzulanan meyvələrində

.

Ürək çatışmazlığının çarəsi TAPILDI

ABŞ alimləri innovativ gen terapiyası vasitəsilə ağır ürək çatışmazlığı olan donuzlarda ürəyin itirilmiş funksiyalarını bərpa etməyi bacarıblar. Yeni metod ürəyi demək olar ki, normal vəziyyətinə qaytara bilir ki, bu da oxşa

.

Miqreni olanlar bu qidaları yeməsin

Miqren sadəcə adi baş ağrısı ilə kifayətlənməyən, bir çox insana gündəlik həyatında ciddi maneələr yaradan nevroloji pozuntudur. Bu xəstəlik bəzi hallarda iş qabiliyyətini azaldır, yuxu və qidalanma rejimini pozur, həmçini

.

Bunu hərgün için - Bağırsaqları qoruyur

Kefir təkcə həzm sisteminə deyil, həm də bağırsaqlardakı iltihabı azaltmağa kömək edir və sağlamlıq üçün mühüm içkidir. bildirir ki, bu barədə dietoloq Beyaz Tağraf bildirib. O qeyd edib ki, kefir təkcə həzm sisteminə deyil

.

Körpənizi havaya atıb-tutanda 2 dəfə düşünün: Dəhşətli fəsadlar

Uşaq Sağlamlığı üzrə mütəxəssis Dr. Ferunda Demir valideynləri xəbərdar edib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, körpəni yelləmək, tullamaq və ya havaya atmaq kimi sevgi nümayişləri beyin qanaması, tənəffüs dayanmas

.

Bu oğlan xəstəliyinə görə gündüzlər çölə çıxmır, axşamlar aramızdadır

İnsan bədəninin sağlamlığına təsir edən müxtəlif nadir xəstəliklər, bəzən həyatı tamamilə dəyişdirə bilir. . xəbər veir ki, İspaniya həkimləri 12 yaşlı oğlanda nadir bir xəstəlik aşkar ediblər və bu səbəbdən ona Günəş batan

.

Ürəyin 1 nömrəli dərmanı bu meyvədir

Ürək sağlamlığını qorumaq üçün doğru qidalanma çox vacibdir. Uzun illər boyunca narın ürək üçün ən faydalı meyvələrdən biri olduğu düşünülürdü. -ın məlumatına görə, son elmi araşdırmalar göstərir ki, avokado ürək və dama

.

1 qaşıq yeyənlər 10 il xəstələnmir - Bəhməz deyil

Tarix boyu sağlamlığın simvolu sayılan bəhməz bu gün özünə güclü bir alternativ qazanıb. Söhbət son dövlər daha çox istifadə edilən üzüm marmeladından gedir. . xəbər verir ki, dəmir, antioksidant və vitaminlərlə zəngin ola

.

Çiyələyə bənzəyir, dadı tam başqa - özü isə xəzinədir

Ağ rəngi və parlaq qırmızı toxumları ilə çiyələyi xatırladan ananaslı çiyələk, həm vizual cazibəsi, həm də tropik ananas ətirini daşıyan nadir dad təqdim edir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, ev şəraitində d

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az geyim və ayaqqabılar qadin dunyasi geymler 2025 kompot balaca qablarda keks hipertoniya xəstəliyi yeməklər qadin.az pehriz sanama namiq qaraçuxurlu sanamalar