Sevil-Sevinc Nazənini ağlatdılar: "Haqqıma girirsiniz, mən cəmi iki dəfə..."
Müğənni Nazənin "Hər şey daxil" verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, sənətçinin proqramda "ən çox plastik əməliyyat etdirən sənətçi" kimi təqdim edilməsinə etirazını bildirib. O deyib ki, cəmi 2 dəfə əməliyyat etdirib:
"Haqqıma niyə girirsiniz? Burnum və dodağım əməliyyat olunub. Dodağımı ona görə etdirdim ki, o vaxt naşı idim, yanlış bir şey etmişdim, onu təkrar düzəltdirdim. Ondan başqa heç bir plastik əməliyyatım olmayıb. Əgər ehtiyac yaranarsa, milyon dəfə də əməliyyata gedərəm".
Sənətçi aparıcılar Sevil və Sevinc Səfərovaların "Yanağınızda da nəsə etdirmisiniz" sözləri ilə razılaşmayıb:
"Peşəkar həkimə göstərin, desin ki, mən yanağıma nəsə etmişəm, ya yox. Onda mənim balaca nəvəm var Nazənin, o da üzünə nəsə qoydurub? Onun da yanaqları şişdir. Biz anadangəlmə beləyik".
Nazənin gözlərini dartdırması iddiasının da yalan olduğunu söyləyib:
"Gözüm saçım dartılaraq yığılıb deyə belə qalır. Mənim ağzımı niyə açırsınız, siz də etdirmisiniz də... Hələ gözümün üstündə nəsə etdirməyə indi hazırlaşıram. Bunu gizlətmirəm. Avropada plastik əməliyyatları prestij bilirlər. Amma bizdə o qədər cahillik, savadsızlıq var ki, bunu o dəqiqə böyüdüb-şişirdirlər. Hazırda bəylərimiz xanımlardan çox elətdirir. Kimin pulu var etdirir, kimin də imkanı yoxdur, oturub eləcə lağ edir".
Reklam fasiləsindən sonra əkizlər Nazəninin ağladığını deyiblər:
"Bizim "plastik əməliyyat etdirib" deməkdə pis məqsədimiz yox idi. Nazənin xanım reklam fasiləsində ağlayıb, "haqqıma girdiniz" deyir".
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin