Sinə xərçənginin az bilinən əlamətləri - Açıqlama

Sinə xərçənginin az bilinən əlamətləri - AçıqlamaOnkoloq qadınlarda döş xərçənginin qeyri-adi əlamətlərini açıqlayıb.
Milli.Az xəbər verir ki, döş xərçənginin az bilinən, lakin vacib əlamətlərindən biri döşün qabıqlanması ola bilər.
Bu barədə "gazeta"ya rusiyalı onkoloq Anna Kim məlumat verib.
Həkimin sözlərinə görə qadınlar döş dərisində baş verən hər bir dəyişikliyə diqqətlə yanaşmalıdırlar.
"Qabıq qoyma, rəngin dəyişməsi, sağalmayan yaralar və ya qızartı, habelə döş giləsinin içəriyə çəkilməsi xərçəngin ilkin əlamətlərindən ola bilər. Əgər qadın hamilə və ya əmizdirmə dövründə deyil, lakin şəffaf, ağ və ya qan qarışıq ifrazatlar gəlirsə, bu da narahatedici simptom sayılır," - deyə həkim bildirib.
Onkoloq qeyd edib ki, döşdə və ya qoltuqaltı nahiyəsində hiss olunan bərkimə də diqqətdən kənarda qalmamalıdır. Belə hallarda şişin limfa düyünlərinə yayılma ehtimalı ola bilər. "Əgər bərklik keçmirsə və ya böyüyürsə, mütləq mamoloqa müraciət olunmalıdır," - deyə o əlavə edib.
Mütəxəssis qadınlara gənc yaşlardan etibarən döşlərini mütəmadi olaraq özlərinin yoxlamasını tövsiyə edib. Onun sözlərinə görə, bunu duş qəbul edərkən və ya güzgü qarşısında etmək kifayətdir. "Əvvəlcə vizual olaraq döşün formasına, dərinin vəziyyətinə, gilənin istiqamətinə diqqət etmək lazımdır. Daha sonra döş və qoltuqaltı nahiyə yumşaq dairəvi hərəkətlərlə yoxlanmalıdır," - deyə Kim əlavə edib.
Anna Kimin sözlərinə görə, döş xərçəngi erkən mərhələdə aşkarlandıqda müalicəyə yaxşı cavab verir. Həkim qadınlara ağrı, bərklik, qabıqlaşma və ya hər hansı dəri dəyişiklikləri zamanı vaxt itirmədən mütəxəssisə müraciət etməyi, habelə profilaktik olaraq ildə bir dəfə mamoloq müayinəsindən keçməyi tövsiyə edib.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1181   Tarix: 09 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

turlar.az

geyim seçimi sade makiyaj sekilleri qadın geyimi otaq dizaynları ilk öpüş saç tökülməsi sarimsaqla qurdun mualicesi kosmetika novruz hakista dolca toy gecesı novruza aid hakisda oğlan evine aid hakisda