Sinir xəstəlikləri

Sinir xəstəlikləriOnurğanın nevroloji pozulmaları ilə müşayət olunan zədələnmələrin içərisində osteoxondroz daha tez-tez rast gəlinir. Onurğanın osteoxondrozu fəqərəarası disklərin qığırdağının degenerativ zədələnməsi və fəqərələrin ara cisimləri tərəfindən reaktiv dəyişikliklərin baş verməsidir. O, həlməşikvari nüvənin birincili zədələnməsi zamanı baş verir. Əlverişsiz statodinamik yüklənmənin təsiri altında amortizasiyaedici rol oynayan və onurğanın elastikliyini təmin edən elastik həlməşikvari nüvə ilk növbədə mukopolisaxaridlərin polimersizləşməsi hesabına öz fizioloji xassələrini itirməyə başlayır. O quruyur, zaman keçdikcə bərkiyir. Yüklənmənin təsiri altında elastikliyini itirmiş disk həlqəsi gərilir, sonra isə onun çatlarından həlməşikvari nüvənin fraqmentləri düşür - disk yırtığı əvəz edir. Onurğa seqmentinin dəyişilmiş, yüksək hərəkətli şəraitində fəqərələrin qonşu cisimlərində və oynaqlarda reaktiv dəyişikliklər baş verir. Osteoxondrozun rentgenoloji müayinəsi zamanı fəqərəarası disk və onları birləşdirən fibroz tozumanın dəyişməsi görünür, fəqərələrin qonşu cisimlərinin yerindən oynaması, bir - birinin qarşısında duran fəqərə cisimlərinin qapayıcı lövhələrinin deformasiyası, diskin yastılaşması, fəqərəarası yırtığın hündürlüyünün azalması görünür. Osteoxondrozun erkən inkişafına və onun klinik təzahürlərinə onurğanın aşağıdakı anomaliyaları təsir göstərir.
-Keçid büzdüm-bel fəqərələrinin olması
-Lümbalizasiya
-Yuxarı büzdüm seqmenti hesabına 6-cı bel fəqərəsinin olması
-Sakralizasiya-yəni distal bel fəqərəsinin büzdümlə birləşməsi
-Fasetik oynaqların oynaq yırtığının asimmetrik yerləşməsi
Onurğa kanalının anadangəlmə darlığı da osteoxondrozun əmələ gəlməsində böyük əhəmiyyət kəsb edir.
Onurğanın zədələnmiş strukturlarının hansı sinir törəmələrinə patoloji təsir göstərməsindən asılı olaraq, kompressiyalı və reflektor sindromlar ayırd edilir.
Kompressiyalı sindromlarda göstərilən onurğa strukturları üzərində köklər, damarlar və ya onurğa beyni gərilir, sıxılır və ya deformasiyaya uğrayır. Reflektor sindromlara göstərilən strukturarın, onları innervasiya edən reseptorlara, başlıca olaraq qayıdan onurğa beyin sinirlərinin uclarında təsiri nəticəsində baş verən əlamətlər kompleksi aiddir. Zədələnmiş nahiyədən bu sinirlə yayılan impulslar arxa köklə onurğa beyni buynuzuna daxil olur. Sonra sinirlər ön buynuzlara keçərək innervasiya olunan əzələlərin reflektor gərginliyini doğurur.
Müalicəsi xəstəliyin simptomlarına uyğun olaraq nevropatoloq və fizioterapevt tərəfindən aparılır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1084   Tarix: 04 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

yaz geyimleri 2026 yemek reseptleri geyim və ayaqqabılar burcler kisiler stresin elametleri oxatan burcu günay musayeva kosmetika novruz bayramina aid hakisdalar big.az bürcler salam rəksanə