Siqaret çəkənlər mütləq oxusun

Siqaret çəkənlər mütləq oxusunBürqer xəstəliyi zamanı orta və kiçik arteriya və damarlarda iltihab yaranır, damarlar sıxılır, qan dövranı kəskin pozulur.

Xəstəlik əksər hallarda ayaqlar və qollar damarlarında inkişaf edir.

Xəstəliyin inkişaf etmə səbəbi məlum deyil. Lakin məlumdur ki, Bürqer xəstəliyi yalnız siqaret çəkən insanlarda inkişaf edir. Bu səbəbdən xəstəliyin əsas risk faktoru siqaret çəkmək sayılır. Həmçinin siqaret çəkməyin davam etməsi Bürqer xəstəliyi zamanı xəstənin vəziyyətini daha da ağırlaşdırır.

BiG.AZ saglamolun.az-a istinadən bildirir ki, xəstəlik əksər hallarda 20-40 yaşlar arası siqaret çəkən kişilərdə inkişaf edir. Nadir hallarda bu xəstəliyə qadınlarda da rast gəlinir. Bu siqaret çəkmək kimi pis vərdişin qadınlar arasında yayılması ilə izah olunur.

Xəstəliyin əvvəlində insanda ayaqlarda və əllərdə qan dövranının pozulmasının simptomları inkişaf etməyə başlayır - ayaqlar və əllər soyuq olur, keyiyir, qarışda yeriməyi hissi yaranır, barmaqlarda həssaslıq itir, barmaqlar göyərir, ağrılar, qıcolmalar əmələ gəlir. Qan dövranının pozulması barmaqların uclarından başlayır və sonra yuxarı - qola və ayağa yayılır.

Ayaqların damarları zədələndikdə insan axsamağa başlayır. Xəstəlik inkişaf etdikcə ətraflarda ödemlər inkişaf edir, dərinin vəziyyəti pisləşir, rəngi dəyişilir, dəridə xoralar əmələ gəlir. Xəstəliyin ən təhlükəli ağırlaşması - qanqrenadır (bədənin bir yerində toxumaların çürüməsi). Qanqrenanın yeqanə müalicə üsulu zədələnmiş hissənin kəsilməsidir.

Xəstəliyin diaqnostikası zamanı damarların doppler USM-i, angioqrafiya (arteriyaların rentgeni) istifadə olunur.

Bürqer xəstəliyi olan insan mütləq siqaret çəkməkdən imtina etməlidir. Əks halda xəstəlik inkişaf etməkdə davam edəcək və nəticədə ətrafların amputasiyasına (kəsilməsinə) səbəb olacaq. Xəstəyə xüsusi müalicə (spazmolitik, qanduruldan, toxumalarda metabolizmi yaxşılaşdıran və s. preparatlar) təyin olunur. Ayaqlarda xoralar və qanqrena olmayan xəstələrə gün ərzində bir neçə dəfə 20-30 dəqiqə ərzində piyada gəzmək tövsiyə olunur.

Konservativ müalicə kömək etmədikdə cərrahi müalicə tətbiq oluna bilər.

Sağlamlıq     Baxılıb: 2316   Tarix: 02 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

İntimdən sonra qadınların sevmədiyi şey - Kişilər niyə yatmaq istəyir?

Orqazmdan sonra dincəlmək istəyi yaradan hormonlardan biri də sevgi hormonu adlanan oksitosin hormonudur. Cinsi əlaqə zamanı artan bu hormon orqazmı tətikləyir. Həm kişilər, həm də qadınlar tərəfindən ifraz olunan oksitosi

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

turlar.az

maskalar geyim necə seçməli geyim şəkilləri abdulla saiq usaq serleri kəpəyə qarşı kivi murebbesi qidalandirici maskalar kosmetika aybawi bürcler qiz evi haxista hamilelik nizami gəncəvi