Siqaret çəkmənin doğulacaq körpəyə olan təsirləri

Siqaret çəkmənin doğulacaq körpəyə olan təsirləriTəəssüflər olsun ki, hamilə qadınlar hamiləlik düvründə pis vərdişləri arasında siqaret çəkmək ən çox rast olunan haldır. Həkimlərin hədsiz iradlarına baxmayaraq onlar yenə də bu pis vərdişlərindən əl çəkə bilmirlər. Siqaretin zərərlərinin nə qədər olduğunu bildirən təşviqatların artmasına baxmayaraq, günümüzdə siqaret çəkən qadınların sayı sürətlə artır. Xüsusən də gənc qadınlar arasında daha çox "dəbə minib". Siqaret çəkmək həm ananın həm də gələcək körpənin həyatı üçün təhlükə olmağına baxmayaraq yalnız 40-20 faiz qadın hamiləlik dövründə bundan imtina edir.

Aparılan araşdırmalara görə siqaret çəkən qadınların 50 -70 faizi hamiləlik zamanı da bu vərdişdən əl çəkmir. Siqareti tərkibindəki nikotin, zift, karbon monoksit və digər bi çox zəhərli maddə tənəffüs yollarına, ondan bronxlara, orda isə qana keçir. Beləcə ürək və damar sisteminə mənfi ətsir edir. Hamilik zamanı ana və uşaq göbək cifti vasitəsi ilə qan alış-verişi edir. Ananın qanındakı zəhərli maddələr isə birbaşa uşağın qanına keçir.

Siqaret çəkmənin doğulacaq körpəyə olan təsirləri ilə düşündüyünüzdən çoxdur. Siqaret çəkmənin ən çox görülən nəticəsi döldə hipotrofiyanın(döldə boy və çəkinin azalması) inkişaf etməsidir. Bu onunla əlaqədardır ki, siqaret çəkilən zaman plasentada pozuntular baş verir və dölə oksigen və digər qidanlandırıcı maddələr yetərincə çatmır. Ana nə qədər çox tüstü udursa (hətta özü çəkmirsə və passiv çəkənlərdəndirsə) bir o qədər körpədə hipotrofiyanın səviyyəsi yüksək olur. Ona görə hamilə analar siqaret çəkilən yerlərdən qaçmalıdırlar. Əgər ailədə kimsə çəkirsə onu evdə çəkməməyə inandırmaq lazımdı. Hamiləlik zamanı siqaret çəkmək erkən doğuşa, vaxtından əvvəl ciftin ayrılmasına səbəb olur. Anadangəlmə ürək çatışmamazlığı, baş beyin zədələnmələri hamiləlik vaxtı siqaret çəkən anaların körpələrində tez tez rast gəlinən haldır. Ananın siqaret çəkməsi yeni doğulan körpənin qəfil ölüm riskini də artırır. Bundan başqa siqaret çəkən anaların uşaqlarında kiçik ancaq gözəçarpacaq dərəcədə intellektual və fiziki qüsurlar nəzərə çarpır.

Bir qayda olaraq onlar adətən pis oxuyur, tez-tez xəstələnir, fiziki inkişafda geri qalırlar. Bunların hamısının səbəbi ondadır ki, ana bətnində olarkən onlar oksigendən çatışmamazlığından əziyyət çəkiblər. Ona görə gələcək körpənizin həyatını, gələcəyini düşünərək hamiləlik zamanı siqaret çəkməkdən imtina edin, ən yaxşısı isə ümumiyyətlə bu pis vərdişdən əl çəkin!

Ailə və Uşaq     Baxılıb: 2955   Tarix: 29 dekabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

turlar.az

toy gecesi həkim məsləhəti kosmetika mehsullari qadinlarda soyuqdeyme toylar qatiqli sirniyyat bu ilin cantalari kosmetika efsaneler bir arzum var namiq qaraçuxurlu gozde olar sirin qogal