Sirkə şirəli lülə
Ərzaqlar:
500 q çəkilmiş qoyun ya da mal əti
1 ədəd baş soğan (çəkilmiş ət üçün)
1 ədəd kartof
9-10 ədəd xırda soğan (ya da 4-5 ədəd orta soğan)
2 x.q əridilmiş kərə yağı
1 ç.q şəkər tozu
1 x.q üzüm sirkəsi
Duz
Istiot
Hazırlanması:
Ət, kartof və soğanı ət maşınından keçiririk.
Ətə duz istiot əlavə edib yaxşı qarışdırırıq.
Ətdən lülə formasında düzəldib tavada az yağda qızardırıq.

Qalan soğanı xırda doğrayiriq.
Soğanı yağda duz əlavə edib qızılı rəngdə olana qədər qəzardırıq.
Qızardılmış lülələri soğançanın üstünə yığırıq.
Vam odda 3 dəqiqə taxta qaşıqla qarışdırırıq.
Sonra şəkər tozu, sirkə və az suyu qarışdırıb yeməyə əlavə edib qarışdırırıq.
10 dəqiqə də vam odda bişirib götürürük. Yeməyimiz hazırdır.

Nuş olsun!









Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Enerjini azaldan gündəlik səhvlər
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Zaur Kamalın səhhətində problem yarandı