Sirli epidemiya YAYILDI: Naməlum xəstəliyə yoluxanların yarısı ÖLÜB
Hindistanın keçmiş Cammu və Kəşmir ştatında naməlum xəstəliyin yayılması qeydə alınıb. Ümumilikdə 38 yoluxma halı qeydə alınıb, xəstələrdən 17-si həyatını itirib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Rospotrebnadzor" (Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) xəbər verib.
Bildirilib ki, bütün xəstələr üç ailənin üzvləridir.
Xəstəliyin əlamətləri arasında qızdırma, ürəkbulanma və zəiflik var. Ölənlərdə beyin ödemi aşkar edilib. Araşdırmalar göstərib ki, xəstəlik toksinlər tərəfindən törədilib, lakin hansı toksinlər olduğu müəyyən edilməyib.
"Rospotrebnadzor" Hindistan Respublikasında naməlum etiologiyalı xəstəlik halları haqqında məlumatları izləyir. Qurumun müəssisələr şəbəkəsində laboratoriya bazası yaradılıb, təlim keçmiş mütəxəssislər var və aparıcı elmi təşkilatların istinad mərkəzləri fəaliyyət göstərir ki, bu da riskləri tez aşkar etməyə və əlavə tədbirlər görməyə imkan verir", - deyə qurumdan bildirilib.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi