Sızanaqların müalicəsi və qidalanma

Sızanaqların müalicəsi və qidalanmaSızanaqlar yalnız yeniyetmələrin problemi deyil. Müxtəlif yaşda olan insanlar bu problemlə üzləşir.
Bir çox hallarda qidalanmaya müəyyən dəyişikliklər etdikdə sızanaqlardan daha asan və tez qurtulmaq mümkün olur.
Mütəxəssislər artıq çoxdan təsdiq ediblər ki, qəbul etdiyimiz qida dərinin vəziyyətinə böyük təsir edir. Bu səbəbdən insan düzgün qidalanmadıqda, hətta ən bahalı sızanqlar əleyhinə olan krem və losyonlar lazım olan effekt vermir.
Beləliklə, sızanaqlardan qurtulmağın əsas şərtlərindən biri düzgün və sağlam qidalanma, dərinin vəziyyətnə mənfi təsir edən qidaların qidalanmadan çıxarılmasından ibarətdir. Bunu dedikdə kosmetoloqlar nəyi nəzərdə tutur?
- İlk növbədə şəkər və müxtəlif şirniyyatlardan (müxtəlif konfetlər, şokolad və s.) imtina etmək lazımdır. Onların əvəzinə bal, quru meyvələr və s. kimi təbii şirniyyatları yemək olar. Təbii ki, belə şirniyyatların qəbulunu da müəyyən dərəcədə məhdudlaşdırmaq lazımdır.
- Alqollu içkilərin qəbulu da sızanaqların əmələ gəlməsinə səbəb ola bilər. Məsələ burasındadır ki, alkoqol qara ciyərin fəaliyyətinə çox mənfi təsir edir. Nəticədə qara ciyər orqanizmdə olan ziyanlı birləşmələri tam şəkildə zərərləşdirə bilmir və bu birləşmələr qanda yığılaraq dərinin vəziyyətinə çox mənfi təsir edir.
- Yağlı qidalar (yağlı ət, toyuq, balıq), yağlı kremlərlə olan tortlar, pirojnalar, marqarin və s. qidalanmadan qəti şəildə çıxarılmalıdır ki, bu qidalar da dərinin vəziyyətini pisləşdirir.
- Qəhvənin qəbulu da dərinin vəziyyətini pisləşdirir. Bu səbəbdən sızanaqlara meyilli olan insanlar qəhvə qəbul etməməlidir.
- Zülalı çox olan qidalar da sızanaqların çoxalmasına səbəb olur. Bu qidalar orqanizmdə steroid hormonların səviyyəsini artırır və bu hormonların artması dəriyə mənfi təsir edir. Bu qrup məhsullara qoz-fındıq, ət və süd məhsulları aiddir. Sızanaqlardan əziyyət çəkən insanlar bu qidaların qəbulunu minimuma çatdırmalıdır. Təbii ki, dərinin vəziyyəti yaxşılaşdıqdan sonra bu məhsulların həcmini qidalanmada tədricən artırmaq olar.
- Sızanaqlardan qurtulmaq üçün qidalanmaya təzə meyvə-tərəvəz, müxtəlif sıyıqlar (xüsusilə yulaf yarması), bitki yağları (zeytun, qarğıdalı və s.) əlavə etmək lazımdır.
- Gün ərzində mütləq 1,5 l-dən az olmayaraq təmiz su içmək lazımdır. Bu əsas şərtlərdən biridir. Su orqanizmi tək xaricdən deyil, daxildən də təmizləyir - ziyanlı maddələr orqanizmdən daha asan çıxır.
- Xroniki qəbizlik sızanaqların əmələ gəlməsinin əsas səbəblərindən biri sayılır. Bu səbəbdən qəbizliyə meyilli olan insan mütləq bu problemi həll etməlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1639   Tarix: 05 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəz

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Həddindən artıq isti havanın sağlamlığa təsiri yalnız günvurma və susuzlaşma ilə məhdudlaşmır. Yeni araşdırma yüksək temperaturun dəri səpgiləri, böyrək çatışmazlığı, dağınıq skleroz da daxil olmaqla 33 diaqnozla əlaqəl

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

turlar.az

kosmetoloq yemek reseptleri geyim dəbləri elm ve bilik haqqinda atalar sözləri üzdə sızanaqlar edebi janrlar kicik biznes qurmagin yollari kosmetika tərəzi vetene aid bayati veten haqqinda atalar sozu anabaci itburnu