Skoliozu necə müəyyən etmək olar?

Skoliozu necə müəyyən etmək olar?Skoliozun erkən diaqnostikası çox vacibdir. Bu xəstəlik uşaqlarda sürətlə və gizlin inkişaf etdiyi üçün erkən müayinə çox yaxşıdır. Bu, xəstəliyi effektiv nəzarətdə saxlamaq və əməliyyatsız müalicə şansını yaradır.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu fizioterapevt, Mərkəzi Gömrük Hospitalının həkimi Səidə Kərimova açıqlayıb. Mütəxəssisin sözlərinə görə, nəzərə almaq lazımdır ki, idiopatik skolioz erkən mərhələlərdə deformasiyadan başqa heç bir əlamətlə özünü büruzə vermir: "Skoliozun yuxarı dərəcələrində və ciddi əzələ disbalanslarında ağrılar əmələ gələ bilər. Ona görə uşağınızda onurğa ağrıları yaranarsa, mütləq fizioterapevt müayinəsinə aparın".
S.Kərimova skoliozun müayinəsininfiziki vizual baxışdan başladığını vurğulayaraq bildirib ki, bu müayinədə bəzi nahiyələrə xüsusi diqqət yetirmək lazımdır.
Bunlar valideynlər üçün faydalı məlumatlardır. Beləliklə, biz pasiyentimizdə kürək və bel nahiyəsinin sağ və sol tərəfini simmetrik olub-olmamasını qiymətləndiririk.
Nahiyədə aşağıda qeyd olunmuş məqamlara diqqət yetiririk: Çiyinlərin səviyyəsi və qabarması, bel xəttinin  və çanağın simmetrik olması. Bu müayinə zamanı qeyd edilmiş yerlədə assimetriya aşkar edilirsə, bu skoliozun əlamətləri ola bilər.
Sadə bir test olan Adams testi də aparıla bilər. Pasiyent qabağa əyilir və biz pasiyentin kürək və ya bel nahiyəsində qabarmanın olub-olmamasına fikir veririk. Qabarmalar onurğada fəqərələrin rotasiyası hesabına əmələ gəlir. Qeyd etdiyimiz kimi fəqərələr öz oxu ətrafında fırlanır. Bunun baş verməsinin səbəbi hələ də tam aydın bilinmir.
Vizual müayinədən sonra pasiyenti Rentgenə göndəririk. Rentgen skoliozun dərəcəsini bizə göstərir. Eyni zamanda, rentgendə sümüklərin bağlanma zonalarını qiymətləndiririk.
Müayinədən sonra skolıozun dərəcəsi, pasiyentin yaşı və digər faktorlardan asılı olaraq müalicə planı hazırlanır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1862   Tarix: 12 dekabr 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

kosmetika mehsullari geyim dəbləri adlarin menasi mütləq bilməlisiniz xəmir reseptləri marqarita pizza paxla cigirtmasi kosmetika sirniyatlar bahar burclər oğlaq suni mayalanma