Skoliozun erkən diaqnostikası niyə vacibdir?

Skoliozun erkən diaqnostikası niyə vacibdir?Skolioz xəstəliyi zamanı onurğa yana əyilir və öz oxu ətrafında burulur. Onurğa yana əyilirsə, bu öncə təbii görünən deformasiya kimi özünü büruzə verir. Lakin valideynlər bu əyriliyi xəstəliyin inkişaf etmiş mərhələsində müəyyən edə bilirlər.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-fizioterapevt, Mərkəzi Gömrük Hospitalının həkimi Səidə Kərimova deyib.
Mütəxəssis bildirib ki, sokolioz xəstəliyinin inkişaf etmiş mərhələsi əyrilik qüsuru ilə yanaşı, daxili orqanların sıxılmasına və normal fəaliyyətində problemlər yarada bilər.
Ona görə bu xəstəliyin erkən diaqnostikasına çox diqqət yetirilməlidir.
Fizioterapevt bildirib ki, skoliozun müxtəlif növləri var.
Bunlara kongenital, neyromuskulyar və idiopatik aiddir.
Kongenital skolioz anadangəlmə olaraq çox vaxt onurğa fəqərələrinin müxtəlif qüsurları ilə bağlı olur.
Nevromuskulyar skolioz bəzi nevroloji xəstəliklər zamanlı yaranır. Lakin skoliozun bu növünə nadior hallarda rast gəlinir. Ən çox yayılmış və rast gəlinən növ idiopatikdir. Yəni dəqiq səbəbi bilinməyən əyrilik.
Müxtəlif faktorlar skoliozun inkişafına səbəb ola bilər. Buna öncə düz olmayan qaməti misal göstərə bilərik. İdiopatik skolioz ən çox 10-18 yaş arası olan insanlarda  müəyyən edilir. Çox zaman bu xəstəliyin inkişafı gizli gedir. Skolioz xəstəliyi ilkin mərhələdə deformasiyadan başqa bir problem yaratmadığı üçün bu xəstəliyi bəzən 3-4-cü mərhələlərdə aşkar oluna bilər.
Skoliozun inkişaf etmiş mərhələlərində döş qəfəsinin kobud deformasiyaları, ağciyər və ürəyin döş qəfəsdə sıxılması, bir ayağın qısalması və digər fəsadlar ola bilər. Ona görə skolioz xəstəliyinin erkən diaqnostikası vacibdir. Skoliozun erkən mərhələdə əməliyyatsız müalicə etmək mümkündür. Xəstəliyin gecikmiş mərhələlərində əməliyyat isə tələb olunur.
Əməliyyat mürəkkəb və travmatik olduğuna görə mümkün qədər əməliyyatsız müalicə imkanlarından istifadə etmək lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1450   Tarix: 15 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

geyim seçimi hamilelikde qidalanma makiyaj instagram hakista mantı reseptleri azadqadin dogum cantasinda ne olmalidir kosmetika bayatılar baldıza aid hakışta şəkərbura atalar sözləri dovsan