Soğançalı qazan kotleti
Ərzaqlar:
400-500 q soğanla çəkilmiş qoyun əti (ya da mal əti ilə qoyun ətinin qarışığı)
5 ədəd kartof
3 ədəd baş soğan
2 ç.q tomat (ya da 4-5 ədəd pamidor)
2 x.q əridilmiş kərə yağı
Keşniş və şüyüd (zövqə görə)
Duz
Istiot
Hazırlanması:
Əvvəlcə soğanın qabığını təmizləyib yuduqdan sonra xırda doğrayırıq.
Soğana yağ və duz əlavə edib qızılı rənğdə olana qədər qovururuq.
Tomatı əlavə edib 3 dəqiqə qovururuq.
Ətə duz və istiot töküb kotlet formasına salıb qovrulmuş soğançanın üstünə düzürük.
(İstəsəniz kotletləri qızardıb da qoya bilərsiniz.)
Kartofun qabığını soyub yuduqdan sonra doğrayırıq.
Doğranmış kartofu kotletlərin üstünə düzürük.
Üstünə duz və istiot səpib 2/3 st su töküb vam odda 1 saata bişiririk.
Yemək yağa düşəndə hazırdı.
Göyərtiləri xırda doğrayırıq.
Zövqə görə süfrəyə verildikdə üstünə göyərti səpirik.
Nuş olsun!









Hakışta
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Bu qidalar beyin damarlarına zərər verə bilər
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın