ŞOK! BDU-nun dekan müavininin elə bir səsyazısı yayıldı ki... - AUDİO

ŞOK! BDU-nun dekan müavininin elə bir səsyazısı yayıldı ki... - AUDİO"Axırıncı dəfə sizə deyirəm, Könül xanım, Cahangir müəllim, mənim, ümumiyyətlə tutorlar, dekanlıq haqqında biriniz bir kəlmə artıq-əskik, lağa qoyulacaq şəkildə sosial şəbəkədə bir cümlə yazmayın".

Bu sözləri Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalova tələbələrə səsli mesaj göndərərək bildirib.

2013-cü ildə vəzifəyə təyin olunan gənc dekan müavini tələbələrdən tələb edir ki, dekanlıq haqqında sosial şəbəkələrdə bir cümlə belə yazmasınlar. Əgər kim tənqid etsə, şəxsən onun təqdimatı ilə həmin tələbəyə töhmət verdirəcəyini bildirib.

Dekan müavini bildirir ki, nizam-intizam işlərinə o baxır: "Şəxsən mən nizam-intizam qaydalarını pozduqlarına görə, dekanlığın, mətbəxin məlumatını çölə çıxardıqlarına görə, onlara töhmət verdirəcəm. Bax sizə axırıncı dəfə deyirəm".

Aytəkin Zeynalova səsli mesajında bildirib ki, tələbələrdən birinə dişinin dibindən çıxanı deyib. O bildirib ki, Leyla adlı tələbənin yazdığı statusa görə dünən onun təzyiqi qalxıb: "Utanmazlar, ayıb olsun sizə!"

"Qeyri-obyektivliklə o boyda universitetin mətbuat xidmətinin rəhbərini, Cahangir müəllimi məzəyə qoyublar. Utanmırlar, Könül xanımı məzəyə qoyublar ki, guya, qeyri-obyektiv yoxlayıblar. İndi də bu Fuad özündən alim olub, deyir dekanlıq hara baxırdı. Yox, dekanlıq oturub səni güdəsiydi, sən imtahanda nə edirsən".

Aytəkin Zeynalova tələbələrə xəbərdarlıq edib ki, bir nəfər dekanlıq, hətta tutorlar haqqında "Facebook"da tənqidi fikirlər paylaşdıqda onlarla bağlı ciddi tədbir götürüləcək.

Aytəkin Zeynalova 1982-ci ildə Bakı şəhərində anadan olub. 1999-2004-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr, 2004-2006-cı illərdə isə həmin universitetdə magistratura təhsilini alıb. 2007-ci ildə BDU-nun Beynəlxalq jurnalistika kafedrasının doktorantı olub.

Aytəkin Zeynalova əmək fəaliyyətinə də BDU-da başlayıb. O, 2006-cı ildə Beynəlxalq jurnalistika kafedrasında baş laborant kimi fəaliyyətə başlayıb, 2011-ci ildə həmin universitetin "TEM-də Tyutorların əlaqələndirilməsi və nəzarət qrupu"nun rəhbəri olub, 2013-cu ildə isə universitetin Jurnalistika fakültəsində dekan müavini təyin olunub.

Mənbə: Abzas.net

Xəbərlər     Baxılıb: 2161   Tarix: 23 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Alkoqol istəyini əngəlləyən beyin hüceyrələri tapıldı

Massaçusets Universiteti T. H. Chan Tibb Məktəbinin alimləri kəşf ediblər ki, milyardlarla beyin hüceyrəsindən 500-ə yaxın neyron siçanlarda alkoqol istəyini idarə etməkdən məsuldur. . xəbər verir ki, bu barədə "Natur

.

Qadınlar gündə nə qədər pivə içə bilər?

İsti yay günlərində spirtli içki qəbul etmək istəyənlər daha çox pivəyə üstünlük verir. . xəbər verir ki, pivə tərkibində estrogenə bənzər birləşmələrin olması səbəbindən qadınlarda xərçəng riskini azaldır. Qadınlar gün ərzind

.

Qəhvə bu formada içiləndə ömrü uzadır

ABŞ-də aparılan genişmiqyaslı araşdırma sübut edib ki, qəhvə düzgün şəkildə içildikdə insan ömrünü uzada bilər. xəbər verir ki, Tufs Universitetinin alimləri 46 mindən çox amerikalının həyat tərzini və qəhvə istehlakını təhli

.

Oturaq işlər kişiləri sonsuzlaşdırır

Uzun müddət masa arxasında və ya oturaq mühitdə işləmək kişilər üçün həm fiziki, həm də reproduktiv sağlamlıq baxımından ciddi fəsadlara yol aça bilər. xəbər verir ki, oturaq həyat tərzi qan dövranını zəiflədir, xüsusil

.

Zehni yorğunluğu azaldır - Dənəsi 70 qəpikdən satılır

Qarğıdalı həm dadı, həm də tərkibi ilə sağlam qidalanmada mühüm yer tutur. Tərkibindəki vitamin və minerallar sayəsində orqanizm üçün müxtəlif faydalar təqdim edir. Bəzi hallarda isə müəyyən sağlamlıq riskləri ilə də müşahid

.

Əvvəllər zibil kimi atılırdı, indi kilosu yüz manata satılır - Xəstəliklərin dərmanıdır

Əvvəllər tullantı hesab edilən, lakin bu gün "təbiətin super qidası" kimi tanınan arı çörəyi (güləm) arıçılar üçün yeni gəlir mənbəyinə çevrilib. türk mediasına istinadla xəbər verir ki, bir çay qaşığında bir kil

.

Bu meyvənin qabığını zibilə atmayın

Tibbin banilərindən biri olan İbn-i Sina öz əsərlərində qida və bitkilərin müalicəvi gücünü xüsusi vurğulayıb. Onun məşhur "Əl-Kanun fit-Tıbb" adlı tibbi ensiklopediyasında adını çəkdiyi və təbii müalicə vasitəs

.

Kimlərə şokolad olar, kimlərə isə olmaz?

Uşaqlıqdan yetkinliyə və hətta qocalığa qədər şokolad demək olar ki, hər kəsin sevimli ləzzətlərindən biridir. Digər qidalar kimi şokoladın da həddindən artıq qəbulu zərərlidir. xəbər verir ki, şokoladın əsas tərkib hissəs

.

İsti havalarda necə qidalanmalıyıq? – Həkimdən vacib tövsiyə

Yay aylarında havaların həddindən artıq istiləşməsi insan orqanizminə ciddi təsir göstərir. Həkimlər bildirirlər ki, belə havalarda düzgün qidalanma sağlamlığı qorumaq və istilikdən yaranan narahatlıqların qarşısını alma

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az geyim necə seçməli qaşların formalari yay geyimləri 2025 dalğalı saç düzümləri peraski cudu şaftalının xeyri kokteyllər xerçeng intim munasibetler novruz bayramına aid hakışta ariqla xerceng