SON DƏQİQƏ! 36 yaşlı aktyor Elnur Mməmmədlidən BƏD XƏBƏR gəldi: Dünən axşam...

SON DƏQİQƏ! 36 yaşlı aktyor Elnur Mməmmədlidən BƏD XƏBƏR gəldi: Dünən axşam..."Bütün ailəmiz neçə gündür ki, həvəslə qardaşımın oğlunun toyuna hazırlaşırdı. Özü də ailənin ilk nəvəsidir. Dünən ailəlikcə qardaşım oğlunun qız toyuna getmişdik. Evdən 18:35 radələrində çıxmışıq, 1-ə 5 dəqiqə işləmiş isə qayıtmışıq. İçəri daxil olanda gördük ki, oğruların apara bilmədiyi dollarların bir neçəsi əllərindən yerə düşüb. Sonra binanın arxa hissəsindəki pəncərinin açıq olduğunu gördük. Onlar yataq otağına daxil olaraq hər yeri dağıdıblar. Şkafın içində qızıllar olan çanta da var idi. Onu da, qardaşımın cibindən də oğlunun toyu üçün yığıdığı pulu aparıblar".

Bu sözləri dünən qardaşının evi qarət olunan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru və aparıcı Elnur Kərimov verdiyi açıqlamasında deyib. Aktyor əlavə edib ki, oğrular dəyəri ümumilikdə beş min manat olan qızıl-zinət əşyaları və iki min manat nəğd pul aparıb:

"Polis əməkdaşları dünən gəlib araşdırma aparıb. Məlum oldu ki, oğru əlcəkdən istifadə edib, deyilənə görə tək olmayıb. Evə bir adam daxil olub digərləri isə nəzarət ediblər. Ancaq bir adamdan şübhələnirik, o da rus qapı qonşumuzdur. O evdə qalan şəxs bomj həyatı sürür, oraya tez-tez narkotik qəbul edən, içki içən dostları gəlir. Biz bu barədə dəfələrlə polis idarəsinə məlumat vermişik, hətta yazılı müraciətlər etmişik. Bunun üstündə həmin qonşu ilə mübahisələr, dava-dalaş olub. Gecə saat ikidə evdən qışqırıq, hay-küy səsləri gəlir. Qardaşım onları qovlamaq istəyəndə ona güc tətbiq ediblər. Hadisəni qonşunun törətdiyini dəqiq bilmirik, amma ilkin təxminlərimizdən biri odur ki, oğurluğu həmin evə gəlib-gedənlərdən biri edib. Çünki toya hazırlaşmağımızı binada demək olar ki, hamı bilirdi. Ondan bir gün qabaq da evdə xonçalar bəzənib".

Aktyor özünün kirayərədə qaldığını, hadisənin ata evində baş verdiyini deyib:

"Saat 5-ə qədər polislər gəlib gedib, amma hələ ki heç bir irəliləyiş yoxdur. Polislərdən indiyə qədər heç bir zəng gəlməyib, araşdırmanın başlamdığını bilmirəm. Ümid edirəm ki, tezliklər tapılar. 18-i oğlan toyu olmalıdır, bilmirik ki, nə edək. Hamımız çaş-baş qalmışıq".

E.Kərimovun bildirib ki, hadisə baş verən gün anası ikinci mərtəbədəki evdə olub:

"Anamın səhhətində problemlər olduğu üçün onu toya aparmadıq. Həkim çağırdıq, səhhətinə nəzarət etdi. Tək qoymaq istəmədik, odur ki, anamı qonşudan bir nəfərə tapşırdıq. Amma hadisə baş verən vaxt qonşu anamın yanında olmayıb. Oğrular evə gecə saat 9-10 radələrində daxil olub. Onda anam evə işıq düşdüyünü görüb şübhələnib. Bizə zəng edib dedi ki, evdə işıq görüb, özü də çox narahat idi. Amma polislər deyir ki, işıq dayanacqdakı maşınların da işığı ola bilər. Hələ ki, oğrulardan xəbər-ətər yoxdur, gözləyirik". (Publika.az)

Xəbərlər     Baxılıb: 9594   Tarix: 09 sentyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

yaz geyimleri 2026 yay geyimləri 2026 gozel gorunmek agil haqqinda atalar sözləri moda zaur baxşəliyev qısa saç düzümləri kosmetika yuxuda qara ilan gormek prostat dieta azerb clpaq qadinlari rus dilini oyrenek 2ci ders