SON DƏQİQƏ! Apreldəkindən də güclü müharibə başlaya bilər

SON DƏQİQƏ! Apreldəkindən də güclü müharibə başlaya bilərHərbi ekspertdən savaş xəbərdarlığı; "Ermənistan Azərbaycanı təxribata çəkmək istəyir..."

Azərbaycanın Ağdərə rayonunun erməni işğalında olan Talış kəndinin ətrafındakı yüksəkliklərin aprel ayından Azərbaycan ordusunun əlinə keçməsindən sonra Ermənistanda bu kəndin faktiki itirilməsi ilə barışmaq istəmirlər. Bu dəfə bir sıra keçmiş səhra komandirləri və erməni Qarabağ veteranları Ermənistan Müdafiə Nazirliyinə müraciət edərək onların Talış kəndində yerləşdirilməsini təmin etməyə çağırıb.

Bu haqda istefada olan erməni generalı, "Komandos" ləqəbli Arkadi Ter-Tadevosyan bildirib. Onun sözlərinə görə, veteranlar və bir sıra komandirlər yığışıb Talış kəndində yaşamağı və xidmət etməyi istəyir. Ancaq buna "dövlət səviyyəsində" icazə lazımdır. "Onların arasında Qarabağdan olan komandir Arkadi Karapetyan da var"-Ter-Tadevosyan deyib.

Beləcə, erməni səhra komandirləri Talış kəndinə cəmləşmək istəyirlər. Bildirilir ki, bu məqsədlə Ermənistanda "Talış" ictimai birliyi də yaradılır. Tezliklə veteranlar öz müraciətlərini yayacaqlar və könüllüləri toplamağa başlayacaqlar. "Hazırda müxtəlif istiqamətlərdən könüllülər gəlir. Çoxları bura ona görə gəlir ki, Qarabağa getsinlər və orada yeni kəndlər, habelə Yeni Talış salıb yaşasınlar" - qoca "komandos" iddia edib.

Xatırladaq ki, Ermənistan hökuməti və Dağlıq Qarabağdakı qondarma rejim Talış kəndindən qaçmış erməniləri geri qaytarmaq üçün müxtəlif vədlər versələr də ermənilər ora qayıtmaqdan imtina edir. Bildirirlər ki, kənd faktiki olaraq Azərbaycan ordusunun nəzarəti altındadır və orada yaşamaq təhlükəlidir. Bəs keçmiş səhra komandirlərinin, hərbi canilərin Talış kəndinə cəmləşməsi mümkündürmü - nəzərə alsaq ki, Azərbaycan ordusu onları asanca hədəfə ala bilər?

Hərbi ekspert Üzeyir Cəfərov "Yeni Müsavat"a açıqlamasında bildirib ki, Ermənistan son vaxtlar özünü arxayın aparır, sanki Azərbaycandan zərrə qədər çəkinmədiyini nümayiş etdirməyə çalışır, bu və digər addımlarla Azərbaycanı təxribata çəkmək istəyir: "Erməniləri bu qədər arxayınlaşdıran onlara kənardan, əsasən də Rusiyadan dəstək və ümid verilməsidir. İki gün öncə Bako Saakyanla Ermənistan prezidenti Serj Sərkisyanın Talış kəndinin şimal hissəsində hərbi hissələrdə olması, həmin ərazilərdəki hərbçiləri mükafatlandırması, Madaqesin yaxınlığında yeni kazarmanın açılışında iştirak etməsi, sonra da hərbi hissənin meydanında Ermənistandan gətirilən incəsənət adamlarının konsertinin təşkil edilməsi, ardınca da keçmiş səhra komandirlərinin Talış kəndinə hərbi xidmətə göndərilməsi məsələsinin ortaya çıxması açıq şəkildə Azərbaycana meydan oxumaqdır. Bütün bunlar Azərbaycanın ərazilərində həyata keçirilir. Bakıda isə başqa bir erməni - Filip Kirkorov konsert verir. Halbuki, biz işğalçıya, terrorçuya lazımi cavab verməliyik. Elə etməliyik ki, Serj Sərkisyan və səhra komandirləri qorxusundan Azərbaycan ərazisinə gələ bilməsin. İndi erməni prezident o qədər arxayınlaşıb ki, Azərbaycan ordusunun yaxınlığında, hədəfində olan əraziyə gəlir və konsert təşkil edir. Azərbaycan həmin anda həmin əraziyə zərbə endirmək hüququna malikdir. Bu hüquqdan istifadə etmək imkanında olduğumuzu bir dəfə işğalçıya sübut etsək, dərs götürəcək.

Ermənistan qarşısına məqsəd qoyub ki, təxribatlar törədib apreldə itirdikləri əraziləri geri qaytarsın. Ermənilər istəyirlər ki, cəbhə xəttində yaxın vaxtlarda güclü bir insident yaşansın və ATƏT-in, Rusiyanın təklifi ilə prezidentlər bir araya gəlsin və bu dəfə Serj Sərkisyan mövqeyi möhkəmlənmiş vəziyyətdə olsun. Keçmiş səhra komandirlərinin Talış kəndinə gətirilməsi məsələsinin ortaya atılmasında məqsəd həm də odur ki, kənd əhalisinin həmin kəndə qayıdışına nail ola bilsinlər, əhali arasında apreldə yaranmış məğlubiyyət, qorxu sindromunu aradan qaldırsınlar".

Ü.Cəfərov hesab edir ki, artıq ermənilərin davranışları narahatlıq yaratmaya bilməz: "Azərbaycan çox ciddi tədbirlərə əl atmalıdır və hər an genişmiqyaslı hərbi əməliyyatlara hazır olmalıdır. Mən çox narahatam. Budəfəki toqquşma nəticəsində bəlkə də apreldəkindən daha ciddi hadisələrin baş verə biləcəyini hiss edirəm. Artıq Ermənistan heç bir beynəlxalq hüquq və normalara əhəmiyyət vermir. Beynəlxalq birlik də görür ki, Azərbaycan hələ ki ancaq bəyanat verməklə kifayətlənir. Azərbaycan hərəkətə keçməkdən çəkinməməlidir. Ermənilər Rusiyaya arxalanırlarsa, əməliyyatlar olacağı halda Azərbaycanın da arxalanacağı güclər var. Serj Sərkisyan özü də dəfələrlə etiraf edib ki, Azərbaycanın rayonlarını tutublar. Dünya da Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini təsdiqləyir. Odur ki, Azərbaycan silahlı qüvvələri bu məsələni birdəfəlik həll eləmək ixtiyarındadır. Ermənistan prezidentinin gəlib ərazilərimizdən bizə meydan oxumağının bir cavabı olmalıdır. Bu olmadıqca, düşmən üzərimizə daha çox ayaq açacaq".

Xəbərlər     Baxılıb: 2860   Tarix: 12 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

yemek reseptleri qis geyimləri 2026 toy gecesi yeni paltarlar 2026 normal yuxu ciyər qovurması saç düzümləri kosmetika hakista damla mikayıl abdullayev burcler haqqinda kurtlar vadisi