SON DƏQİQƏ! Əli Həsənovun nəvəsinin "Gelandewagen"lə vurduğu türk ər-arvadla bağlı ÜZÜCÜ XƏBƏR - Hər ikisi bu gün... - FOTO
Xəbər verdiyimiz kimi, avqustun 3-də baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev Bakının Heydər Əliyev prospektində idarə etdiyi "Mercedes Gelandewagen" markalı avtomobili ilə ağır qəza törədib. Yüksək sürətlə hərəkətdə olan avtomobil VAZ-2115 markalı avtomobili arxadan vurduqdan sonra idarəetməni itirib və prospektin ikinci dərəcəli yoluna çıxıb. Orada yol kənarında dayanmış 3 nəfər piyadanı vurub və alışaraq yanıb. Qəzada biri vurulan piyada olmaqla iki nəfər həlak olub, iki nəfər piyada isə ağır yaralanıb.
Yaralanan Türkiyə vətəndaşları Mutallib Tekiş və Songül Tekiş olub. Onlar müxtəlif dərəcədə bədən xəsarətləri ilə xəstəxanalara yerləşdiriliblər. Belə ki, Mutallib Tekiş 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko), Songül Tekiş isə Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Lakin yaralıların hər ikisinin vəziyyəti ağır olduğu üçün "Baku Medikal Plaza"ya köçürülüblər.
Onların vəziyyəti ilə bağlı xəstəxananın baş həkimi Lalə Şəkərova ilə əlaqə saxladıq. O, "Qaynarinfo"ya açıqlamasında hər ikisinin vəziyyətinin ağır olduğunu bildirdi:
"Hər ikisi dünən bizim xəstəxanaya qəbul olunub. Mutallib Tekiş hazırda reanimasiyadadır, süni tənəffüs aparatına qoşulub, çox sayda travması var - politravmadır. Xanım isə dünən əməliyyat olunub. İndi isə reanimasiya şöbəsindən stasionar şöbəyə köçürülüb".
f Paylaş








Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Ağcaqanadlar ən çox onları SANCIR
Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi
Hollivud ulduzu hamilədir
İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş
Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş
Gündə 1 stəkan içsəniz